Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Makaron və düyünü ətlə yeməyin! Uyğun olmayan qidaların SİYAHISI

Makaron və düyünü ətlə yeməyin! Uyğun olmayan qidaların SİYAHISI

Date: 4 November 2016 07:43

İnsanın sağlamlığı bir çox amillərdən asılıdır. Bu amillərdən ən vacib olanlardan biri qidalanmadır. Alimlərin fikirinə görə, qidalanma insan sağlamlığına irsiyyətdən daha böyük təsir edir.

Publika.az saglamolun.az-a istinadən bildirir ki, bu səbəbdən biz daim düzgün və sağlam şəkildə qidalanmağa çalışmalıyıq. Düzgün qidalanmanın əsasları arasında məhsulların bir-biri ilə düzgün uyğunlaşmasıdır.

Uyğun olmayan məhsulların birlikdə qəbulu onların tərkibində olan faydalı maddələrin mənimsənilməsinə mane olur ki, bunun nəticəsində insan hətta çox faydalı qidadan ona lazım olan maddələri ala bilmir.

Həmçinin uyğun olmayan qidaların birlikdə qəbulu mədə-bağırsaq sistemini yükləyir, qarında ağrılara, köpə səbəb olur.

Sizə bəzi uyğun olan və uyğun olmayan məhsullar haqqında məlumat vermək istərdik.

1. Ət məhsulları və nişasta ilə zəngin olan məhsullar (makaron, düyü, kartof və s.)

Nişasta zülalların parçalanmasına və mənimsənilməsinə mane olur. Bu isə qarın ağrılarına, köpə gətirib çıxardır. Bu səbəbdən diyetoloqlar bu məhsulları ətlə birlikdə yeməyi tövsiyə etmirlər.

Ətdən mümkün qədər fayda almaq üçün və ətin mənimsənilməsini yaxşılaşdırmaq üçün onu tərəvəzlər (xüsusilə bibər, kələmin bütün növləri, kabaçok) və göyərtilərlə yeyin.

2. Meyvələr və tərəvəzlər

Həm meyvə, həm tərəvəzlər insan orqanizmi üçün olduqca faydalıdır. Lakin alimlər onları bir qida qəbulu zamanı yeməyi tövsiyə etmirlər.

3. Ət və süd məhsulları

Süd məhsulları (qatıq, pendir, kəsmik, xama və s.) kalsium və fosforla zəngindir. Kalsium və fosfor ət məhsullarında olan dəmirin mənimlənilməsi proseslərini pozur. Bu səbəbdən, məsələn, dolmanı qatıqla qəbul etmək düzgün sayılmır.

Süd məhsulları şirin meyvə və göyərtilərlə uyğundur.

4. Ət və paxlalılar (lobya, noxud, soya)

Diyetoloqlar bitki və heyvani zülallarla zəngin olan məhsulları birlikdə qəbul etməyi tövsiyə etmirlər. Bu mədə-bağırsaq sistemini yükləyir, zülalların mənimsənilməsi proseslərinə mane olur.

5. Ət qidalardan sonra çay və ya qəhvə

Çay və qəhvənin tərkibində olan maddələr dəmirin mənimsənilməsini pozur. Bu səbəbdən ət xörəklərindən sonra çay və ya qəhvə içdikdə siz qəbul etdiyiniz ətin faydalı xüsusiyyətlərini azaldırsınız.

6. Südlə sıyıqlar

Bu da uyğun olmayan birləşmə sayılır. Diyetoloqlar südü digər məhsullardan ayrı qəbul etməyi tövsiyə edirlər. Nəzərə almaq lazımdır ki, bu əsasən böyüklərə aiddir. Böyüklərin orqanizmində süd zülalını parçalayan ferment az olur və ya heç olmur ki, bu səbəbdən bir çox böyüklərdə süd qəbulundan sonra köp, qarında ağrılar yaranır.


Tags:  Makaron düyünü ətlə yeməyin Uyğun olmayan qidaların SİYAHISI

RƏYLƏR


Top news