Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədə Xalqların Demokratik Partiyasının həmsədrləri saxlanılıb

Türkiyədə Xalqların Demokratik Partiyasının həmsədrləri saxlanılıb

Date: 4 November 2016 07:52

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ, terror fəaliyyətinin araşdırılması əməliyyatı çərçivəsində, polis tərəfindən saxlanılıb.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Dəmirtaş və Yüksəkdağ iyun ayında polislə əməkdaşlıq etməyəcəklərini və ifadə verməyəcəklərini bildirmişdilər.

Dəmirtaş və Yüksəkdağdan başqa, Türkiyə parlamentinin 9 HDP üzvü olan deputat da saxlanılıb. Onların arasında Ziya Pir, Ferhat Encü, Leyla Birlik, Selma Irmak, Abdullah Zeydan, İdris Baluken, Nursel Aydoğan, Gülser Yıldırım və partiya həmsədrinin müavini Sırrı Sürəyya Öndərin olduğu bildirilir.

Milli.Az


Tags:  Türkiyədə Xalqların Demokratik Partiyasının həmsədrləri saxlanılıb

RƏYLƏR


Top news