Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Avrokuboklarda 66 oyun keçirmişəm, ilk dəfədi..." - Rəşad Sadiqov

"Avrokuboklarda 66 oyun keçirmişəm, ilk dəfədi..." - Rəşad Sadiqov

Date: 4 November 2016 08:05

UEFA Avropa Liqasının qrup mərhələsində öz meydanında "Sent-Etyen"lə qarşılaşan "Qəbələ" 1:2 hesablı məğlubiyyətlə barışmalı oldu. Milli.Az bildirir ki, matç başa çatdıqdan sonra "qırmızı-qaralar"ın kapitanı Rəşad Sadiqov apasport.az-ın suallarını cavablandırıb.

- Rəşad, nə düşünürsən oyun haqqında?

- Qrupdan çıxmaq şansımız qalmasa da, çalışacağıq ki, xalsız tərk etməyək. Nə qədər güclü komandalar olsa da, xalsız qalmaq özümüzə də çox pis gəlir.
 
- Hakimlik nə qədər təsir etdi nəticəyə?

- İndiyə qədər hakimlik haqqında danışmaışam ancaq, özünüz də gördüz ki, idarəçilik çox bərbad idi. İlk hissədən başlayaraq hər imkanda əleyhimizə qərar verdi. Topu alırdıq, 10 saniyə sonra fit çalırdı. Elə epizodların birində qapımıza qol vurdular. Bu da istər-istəməz uşaqların psixologiyasını pozurdu.
 
- Əgər ispan belə idarə edirsə, yerli hakimlərə nə deyək?

- Açığı, uşaqlara dedim ki, bundan sonra Premyer Liqa oyunlarında hakimliklə bağlı heç vaxt etiraz etməyək. İspan referi belə edəndən sonra özümüzünkünə söz desək, bizim üçün acınacaqlı olacaq.
 
- Sanki Bezotosnının səhvi komandanı "sındırdı"...

- Futboldu, hamı səhv edir. Qoldan əvvəl də, sonra da neçə dəfə real qoldan xilas edib komadanı. İlk hissə başa çatandan sonra hamımız ona ürək-dirək verdik. Mən də səhv etdim, mərkəzdə topu itirdim və qol buraxdıq.
 
- Necə xatırlayırsan o səhvi?

- Avrokuboklarda 66 oyun keçirmişəm, ilk dəfədi ki, mənim səhvimdən komandama qol vurulur. Özümə də çox pis təsir etdi.
 
- Oyundan sonra baş məşqçinin reaksiyası necə oldu?

- Hələ heç nə deməyib. Məğlub olsaq da, yaxşı oyun üçün təşəkkür etdi.

Milli.Az


Tags:  Avrokuboklarda 66 oyun keçirmişəm ilk dəfədi Rəşad Sadiqov

RƏYLƏR


Top news