"Rəqib səhvlərimizdən istifadə etdi və..."

"Rəqib səhvlərimizdən istifadə etdi və..."
08:05 4 Noyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirri ki, UEFA Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə qarşılaşan "Qəbələ" 1:2 hesablı məğlubiyyətə üzülüb. Oyundan sonra "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Rəşad Eyyubov apasport.az-ın suallarını cavablandırıb.

- Oyun haqqında nə deyə bilərsiz?

- Rəqib səhvlərimizdən istifadə etdi və qollar vurdu. Başqa elə təhlükəli vəziyyətləri yox idi.
 
- "Sent-Etyen" məcbur edirdi ki, "Qəbələ" səhv etsin, bəs "Qəbələ" niyə əksini edə bilmədi?

- Elə deməzdim. Onların da səhvləri var idi. Bizim də yaxşı imkanlarımız oldu. Vurduğumuz qolda da qapıçıları səhv etmişdi.
 
- Necə düşünürsən, oyunun qırılma nöqtəsi Poqbaya qırmızı vərəqə verilməməsi ola bilərmi?

- Məncə də o vəziyyətdə təmiz qırmızı vərəqə olmalı idi.
 
- Qalan iki oyunda əsas motivasiyanız nə olacaq?

- Bundan sonra ancaq imic üçün oynayacağıq. Bacardığımız qədər xal toplamaq istəyirik.
 
- Artıq qrupdan çıxmaq şansınız qalmayıb. Bundan sonra təzyiq olmayacaq və daha rahat oynayacaqsız...

- Əlbəttə, daha rahat oynayacağıq. Ancaq çalışacağıq ki, qələbə qazanaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR