Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qəbələ" ilə qarşılaşan "Sent-Etyen"in baş məşqçisi əsəbləşdi: "Dayanın, bu nə bazardı?"

"Qəbələ" ilə qarşılaşan "Sent-Etyen"in baş məşqçisi əsəbləşdi: "Dayanın, bu nə bazardı?"

Date: 4 November 2016 08:05

Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə qarşılaşan "Sent-Etyen"in baş məşqçisi Kristof Qaltye qarşılaşmadan sonrakı mətbuat konfransını yarımçıq tərk edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,buna səbəb operatorların vaxtından tez kameralarını yığması olub. Belə ki, Qaltye sualı cavablandırarkən, azərbaycanlı operatorlar konfransın bitməsini gözləməyiblər. Bu isə fransız çalışdırıcını xeyli qəzəbləndirib. Etirazını çılğın şəkildə, qışqıraraq bildirən Qaltye "Dayanın, konfrans bitməyib. Bu nə bazardı?" deyərək, zalı tərk edib.

Qeyd edək ki, "Qəbələ" - "Sent-Etyen" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az


Tags:  Qəbələ qarşılaşan Sent-Etyenin baş məşqçisi əsəbləşdi Dayanın bu bazardı

RƏYLƏR


Top news