"Mançester Siti"nin gənc futbolçusu Rahim Sterlinq "Liverpul"dan ayrılma səbəbini açıqlayıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ingilis yarımmüdafiəçi "qırmızılar"ın fanatları ilə problemi olmadığını bildirib.
"Agentimə dedim ki, bura qədər titul qazanmamışam və nüfuzlu turnirlərdə meydana çıxa bilməmişəmsə, planlarımı yenidən nəzərdən keçirməliyəm. Hər kəs ən yüksək səviyyədə oynamağa can atır. Həmişə "Liverpul"u sevmişəm. O, mənim inkişafımda mühüm rol oynamış bir klubdur. "Liverpul" azarkeşləri ilə heç bir problemim yoxdur".
Milli.Az