Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu il 304 çoxmərtəbəli bina sakinləri sevinib

Bu il 304 çoxmərtəbəli bina sakinləri sevinib

Date: 4 November 2016 08:32

Bu ilin 10 ayı ərzində Azərbaycanda 304 çoxmərtəbəli yaşayış binası qazlaşdırılıb. Milli.Az bildirir ki, bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbəlayev məlumat verib.

Onun sözlərinə görə, həmin yaşayış binaları artıq qazla təmin edilib: "Qazlaşdırılan 304 yaşayış binasında 8772 mənzilə qaz verilib". Qazlaşdırılma prosesi "Azəriqaz" İstehsalat Birliyinə daxil olan müraciətlər əsasında baş tutub.

Hesabat dövründə ölkənin 182 yaşayış məntəqəsinin qazlaşdırılması prosesinin başa çatdığını deyən İ.Kərbəlayev bildirib ki, həmin məntəqələrdəki mənzillər artıq qazla təmin edilib:

"Hazırda Azərbaycanın 25 rayonunda 78 yaşayış məntəqəsində qazlaşdırılma ilə bağlı tikinti-quraşdırma işləri davam etdirilir. Həmin məntəqələrin əksəriyyətində proses başa çatdırılmaq üzrədir. Yaxın vaxtlarda həmin yaşayış məntəqələri də təbii qazla təmin ediləcək".

Milli.Az


Tags:  il 304 çoxmərtəbəli bina sakinləri sevinib

RƏYLƏR


Top news