Qarabağ Savaşında özünümüdafiə dəstərində döyüşmüş şəxslərə müharibə veteranı adının verilməsi proseduru müəyyənləşib

Qarabağ Savaşında özünümüdafiə dəstərində döyüşmüş şəxslərə müharibə veteranı adının verilməsi proseduru müəyyənləşib
08:52 4 Noyabr 2016
127 Ölkə
Ölkə mətbuatı
A- A+

20 Yanvar hadisələrində vəfat etmiş şəxslərə fəxri ad verildi (16 May 2017 20:27)
2 nəfərə "20 Yanvar Şəhidi" fəxri adı verilib - SƏRƏNCAM (16 May 2017 18:44)
Azərbaycanda iki nəfərə “20 Yanvar Şəhidi” fəxri adı verilib (16 May 2017 18:42)

Yerli icra hakimiyyəti orqanları Azərbaycannın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin siyahılarını hazırlayacaq

Nazirlər Kabineti "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"də dəyişikliklər edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, dəyişiklik müharibə veteranı adının verilməsi qaydası ilə bağlıdır.

İndiyə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə daxili işlər, dövlət təhlükəsizliyi orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, yerli icra hakimiyyəti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilib. Eyni zamanda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara  müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilib.
 
Dəyişikliyə əsasən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilmə prosedurunun dəqiq müəyyənləşməsi və bu prosesdə yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarında bundan sonra əsas götürüləcəyi ilə bağlıdır. Başqa sözlə, dəyişikliyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları,  Dövlət Sərhəd Xidməti,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti,  Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı veriləcək. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən,onun dublikatı)  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən veriləcək.
 
İndiyə qədər Müharibə veteranı" adı və müvafiq veteran vəsiqəsi Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilib. Dəyişikliyə əsasən isə bundan sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən veriləcək.
 
Digər dəyişiklik vəsiqənin hazırlanması xərcləri ilə əlaqədardır. İndiyə qədər vəsiqənin hazırlanması xərcləri Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Ədliyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin vəsaiti hesabına ödənilib. Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən cəzaçəkmə müəssisələrində xidmət edən əməkdaşlara Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilib. Dəyişikliyə əsasən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin bu sahədə vəzifəsi ləğv olunub. Başqa sözlə, vəsiqənin hazırlanması xərcləri Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin,  Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və  Xüsusi Dövlət Mühafizə Xidmətinin vəsaiti hesabına ödəniləcək. "Silahlı Qüvvələr veteranı" adı və müvafiq veteran vəsiqəsinin verilməsi sahəsində də  Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin səlahiyyəti ləğv edilib. 
 
Bu qərar qüvvəyə mindiyi tarixdən 30 gün müddətində yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin siyahılarını təsdiq edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməlidir.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Müdafiə naziri Brüsseldədir

28 İyun 2017 11:43

Qonşular şikayətləndi, evi kiçiltdilər - FOTO

28 İyun 2017 11:42

Milli mətbuatın banisinin doğum günüdür

28 İyun 2017 11:42

MOSSAD-ın keçmiş casusu Qətər böhranının GİZLİ SƏBƏBİNİ açıqladı: İsrailin maraqları...

28 İyun 2017 11:38

Sonuncu buraxılış imtahanında 60 minə yaxın şagird iştirak edəcək

28 İyun 2017 11:37

"Qəbələ"dən ayrılan futbolçu Polşa klubunda

28 İyun 2017 11:37

Azərbaycan nefti 3% bahalaşıb

28 İyun 2017 11:32

Nazəninin verilişində nələr yaşanıb?

28 İyun 2017 11:29

“Formula 1” çempionu Bakıda nasaz “Jiquli”ni təmir etmək istədi, amma... - FOTO

28 İyun 2017 11:28

Yer kürəsinin 500 milyon ili 1 dəqiqədə - VİDEO

28 İyun 2017 11:27

Azərbaycanda zəlzələ oldu

28 İyun 2017 11:27

Məktəbdə hamilə qadını vəhşicəsinə döydülər - VİDEO

28 İyun 2017 11:27

Tər qoxusundan xilas olmaq ÜSULLARI

28 İyun 2017 11:26

Azərbaycanın cənubunda zəlzələ olub

28 İyun 2017 11:24

Məşhur modelyer qızına toy etdi - FOTO

28 İyun 2017 11:22

Bakıda qadını döyərək öldürməkdə təqsirləndirilən şəxs Ali Məhkəməyə müraciət edib

28 İyun 2017 11:22

22 yaşlı Leylanın anası: "Alışmışdım qızımın olmasına, getdi..." - FOTO

28 İyun 2017 11:22

Masallıda zəlzələ - 3 bal gücündə

28 İyun 2017 11:22

ŞOK iddia: Şahzadə Uilyam FİFA-ya rüşvət təklif edib

28 İyun 2017 11:18

Bakıda gənc qızın evində naməlum varlıq peyda oldu

28 İyun 2017 11:18

Azərbaycandan Çexiyaya donuz taunu keçib?

28 İyun 2017 11:17

"Yuventus"un ulduzu hər kəslə vidalaşdı

28 İyun 2017 11:17

Aynişan əməliyyat olundu - FOTO

28 İyun 2017 11:12

Millət vəkilini öldürmək istəyən 4 nəfər son anda ələ keçdi

28 İyun 2017 11:12

KİV: “Qazprom” Türkiyə bazarından çıxır

28 İyun 2017 11:12

Anar Heybətovun qızı ilə Qusar gəzintisi - FOTO

28 İyun 2017 11:12

Azərbaycanda zəlzələ

28 İyun 2017 11:12

TAP konsorsiumunun rəhbərliyində YENİ TƏYİNATLAR

28 İyun 2017 11:08

“WhatsApp”-da göndərdiyiniz mesajı silmək ÜSULU

28 İyun 2017 11:06

Ermənini məğlub edən idmançımız Avropa çempionu oldu

28 İyun 2017 11:05

Masallıda zəlzələ olub

28 İyun 2017 11:02

Masallıda zəlzələ oldu

28 İyun 2017 10:58

Qızının müalicəsi üçün pul tapmayan atadan ürəkağrıdan hərəkət - VİDEO - FOTO

28 İyun 2017 10:57

Svanadze belə məşq edir - FOTO

28 İyun 2017 10:57

Qızıl bahalaşdı

28 İyun 2017 10:52

Bayram günləri yol qəzalarında 10 nəfər öldü

28 İyun 2017 10:48

Venesuelada Ali Məhkəmənin binasına helikopterlə hücum edilib

28 İyun 2017 10:47

Tanınmış aktyor öldü - FOTO

28 İyun 2017 10:47

Bakıda qadın kişini yerə yıxıb təpiklədi

28 İyun 2017 10:45

Sevgilisi bir gecəsinə 15 min ödəyir - VİDEO - FOTO

28 İyun 2017 10:42

Arif Quliyev bu dəfə güldürmədi, hamını ağlatdı...

28 İyun 2017 10:42

Efirdə qol güləşdirən qadının qolu qırıldı - VIDEO

28 İyun 2017 10:37

Ermənistanda universitet rektoru barəsində cinayət işi məhkəməyə göndərildi

28 İyun 2017 10:37

Lüksemburq klubu itkilərlə gəldi

28 İyun 2017 10:37

Estetik əməliyyatda ölən 22 yaşlı modelin yeni

28 İyun 2017 10:35

Neft ucuzlaşdı

28 İyun 2017 10:33

Mübariz İbrahimova həsr edilmiş animasiya hazırlandı - VİDEO

28 İyun 2017 10:32

Qızıl bahalaşdı

28 İyun 2017 10:29

"Zirə" hə, rəqibi yox

28 İyun 2017 10:27

Ankarada gecə klubuna silahlı hücum: yaralılar var - VİDEO - FOTO

28 İyun 2017 10:27