Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

4 NOYABR

4 NOYABR

Date: 4 November 2016 09:03

2008–ci il. Prezident İlham Əliyev ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Sərəncam imzalayıb. Bu istiqamətdə həyata keçirilən uğurlu fəaliyyətin nəticəsi olaraq Azərbaycanın ilk telekommunikasiya peyki – “Azərspace-1” 2013-cü ildə, ikinci peyk “Azersky” isə 2014-cü ildə uğurla orbitə buraxılıb. Növbəti telekommunikasiya peykinin (“Azərspace-2”) 2017-ci ildə orbitə çıxarılması planlaşdırılır.

1967–ci il. Ostankino teleqülləsi istifadəyə verilib. Rusiyanın ən yüksək qurğusu sayılan, 540 metr hündürlüyü olan bu teleqüllənin dizaynı layihə mühəndisi Nikolay Nikitin tərəfindən bir gecədə düşünülüb. İstifadəyə verildiyi vaxt hündürlüyünə görə dünyada birinci yeri tutan Ostankino teleqülləsi hazırda səkkizinci sıradadır.


Tags:  NOYABR

RƏYLƏR


Top news