Şirvanda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 306 m2 olan birmərtəbəli 7 otaqlı evin zirzəmisində 2 ədəd “QAZ” markalı minik avtomobillərinin yanar hissələri və 4 otağın yanar konstruksiyaları 153 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.