Ermənilər artıq Rusiyaya naz edirlər

Ermənilər artıq Rusiyaya naz edirlər
09:57 4 Noyabr 2016
194 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan əhalisinin 72%-i Rusiyadan hərbi yardımı qəbul etməyə razıdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu nəticə Avrasiya İnkişaf Bankının İnteqrasiya Tədqiqatları Mərkəzinin hazırladığı hesabatda yer alıb. Hesabata əsasən, bu, son 5 ilin ən aşağı göstəricisi hesab edilir. Builki göstərici keçən ilkinə nisbətdə 10% azdır.
 
Rusiya yerinə Fransa və ABŞ-dan gələcək hərbi yardıma razı olan ermənilərin sayı isə artıb. Fransadan ermənilərin 15%-i (keçən il bu göstərici 14% idi - red.), ABŞ-dan isə 10%-i (keçən il 9%) yardım qəbul etməyə hazırdırlar.
 
Ermənilərin 62%-i ölkələrinin başqa dövlətlərə yardım etmək iqtidarında olmadığını söyləyiblər. Bu il Rusiyaya Ermənistanın hərbi dəstək verməsinin vacib olduğunu söyləyənlərin sayı ilk dəfə 17% azalaraq 29%-ə düşüb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR