Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Deputatlar həbs olundu, bombalar işə düşdü – Türkiyədə küçə döyüşləri - VİDEO

Deputatlar həbs olundu, bombalar işə düşdü – Türkiyədə küçə döyüşləri - VİDEO

Date: 4 November 2016 09:58

Türkiyədə HDP sədri Səlahəddin Demirtaş da daxil olmaqla 11 deputat terrora dəstək ittihamı ilə həbs olunub.

Publika.az
xəbər verir ki, bu gün səhər yerli vaxtla saat 08:00-da Diyarbəkir vilayətinin Bağlar əyalətində partlayış baş verib.

Diyarbəkir həbsxanasının 200 metrliyində baş verən partlayış bomba yüklü avtomobil ilə törədilib. Nəticədə, ətrafdakı binalara zərər dəyib, yaralılar var. Bölgəyə təhlükəsizlik xidmətinin əməkdaşları və təcili tibbi yardım maşınları gedib. Partlayışdan sonra bölgədə silahlı toqquşma baş verib.

Diyarbəkir PKK-nın ən güclü olduğu bölgədir. Terror təşkilatı bu bölgəni özünün “paytaxtı” da adlandırır. PKK-ya dəstək verən kürd deputatların həbsindən sonra bu partlayışın törədilməsi təsadüfi hadisə hesab olunmur.

Baş verən bu iki hadisə fonunda Pentaqon nümayəndəsi Mikael Rubinin dünən səsləndirdiyi “Türkiyə mütləq qan gölünə çevriləcək” fikirləridir.

İstanbulun küçələrində qan su yerinə axacaq – PENTAQONUN SSENARİSİ

Pentaqonun nümayəndəsi Mikael Rubin Türkiyəni dəhşətli günlərin gözlədiyini açıqlayıb.


Asif


Tags:  Deputatlar həbs olundu bombalar işə düşdü Türkiyədə küçə döyüşləri VİDEO

RƏYLƏR


Top news