15 PKK terrorçusu öldürüldü

15 PKK terrorçusu öldürüldü
10:03 4 Noyabr 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Tunceli vilayətində həyata keçirilən hərbi hava əməliyyatları zamanı 15 PKK terrorçusu öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələri Tunceli vilayətinin Pülümür bölgəsində PKK terrorçularına qarşı hərbi hava əməliyyatı keçirib.

Əməliyyat nəticəsində 15 terrorçu, PKK-ya aid silah anbarları və 6 minalanmış hədəflər məhv edilib. Əməliyyatı həyata keçirən hərbi pilotlar qarşıya qoyulan vəzifənin öhdəsindən uğurla gələrək, öz işlərini başa çatdırıblar.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR