İrandan narkotik vasitə gətirmək istədi, yaxalandı

İrandan narkotik vasitə gətirmək istədi, yaxalandı
10:09 4 Noyabr 2016
43 Digər
Ölkə mətbuatı
A- A+

 

 

 

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.

 

DGK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, vətəndaşın əl yüklərinə baxış zamanı onun çantasında 200 ədəd həb şəklində metadon adlı dərman preparatı aşkar olunub.

 

Xatırladaq ki, metadon adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 200 ədəd həbdə metadonun təsiredici maddəsi 4 qram təşkil edir.

 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258535

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR