Şahzadə xanım təqdimata bu geyimdə gəldi - fotolar

Şahzadə xanım təqdimata bu geyimdə gəldi - fotolar
10:11 4 Noyabr 2016
94 Şou
Ölkə mətbuatı
A- A+

Kembric hersoqiniyası Keyt Midelton Londonda keçirilən “Bob adlı küçə pişiyi” filminin təqdimatına qatılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Midelton “Self Portrait” brendindən geydiyi ağ donu ilə hamının diqqət mərkəzində olub. Onun filmə çəkilən narıncı rəngli pişiklə oynaması da gözdən yayınmayıb.

Filmin çəkilməyinə hersoqiniyanın qəyyumluq etdiyi “Action on Addiction” fondu dəstək olub. Bu fond içki və narkomaniya ilə mübarizə edən insanlara kömək edir.

“Bob adlı küçə pişiyi” filmi də küçədə yaşayan musiqiçi və yazıçı Ceyms Bouena haqqındadır. Belə ki, narıncı rəngli pişiklə tanış olduqdan sonra onun bütün həyatı dəyişir.





Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60465

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR