"Azərbaycan Ordusunun keçirəcəyi irimiqyaslı təlimlər Ermənistanın xunta rejimi üçün ciddi siqnaldır"

"Azərbaycan Ordusunun keçirəcəyi irimiqyaslı təlimlər Ermənistanın xunta rejimi üçün ciddi siqnaldır"
10:17 4 Noyabr 2016
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 12-də Azərbaycan Silahlı Qüvvələrinin keçirəcəyi irimiqyaslı hərbi təlimlər Serj Sarkisyan hakimiyyəti üçün ciddi siqnaldır.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "Düşüncə" İctimai Birliyinin sədri, "Dailykarabakh" saytının rəhbəri Emil Hüseynli deyib.

E.Hüseynli bildirib ki, təlimlərə cəlb olunacaq hərbi texnika və şəxsi heyətin statistikasına nəzər yetirsək, Ermənistan üçün hansı təhlükə yarana biləcəyini söyləmək olar: "Təlimlərə cəlb olunan şəxsi heyətin sayı, bəlkə də Dağlıq Qarabağda yaşayan ermənilərin sayından çoxdur. Ermənistanın xunta və diktatura rejimi anlamalıdır ki, Azərbaycan üçün müharibə bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil".

QHT rəhbərinin sözlərinə görə, Azərbaycan Ordusunun aprel hadisələri zamanı əldə etdiyi uğurlar göstərdi ki, Silahlı Qüvvələrimiz hər an Ermənistan silahlı birləşmələrinin təxribatına daha tutarlı cavab verməklə, işğal olunmuş ərazilərimizi separatçılardan təmizləyə bilər: "Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək hüququ var və bu, beynəlxalq hüququn prinsiplərinə tam cavab verir. Bunu Ermənistan da, ona havadarlıq edən digər dövlətlər də yaxşı bilirlər və onlar üçün sirr deyil ki, status-kvo dəyişməsə, müharibənin başlayacağı qaçılmaz olacaq".

Qeyd edək ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, noyabrın 12-dən 18-dək səhra şəraitində qoşunların və silahların idarə olunması sisteminin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçiriləcək.

Təlimlərə 60 mindən artıq şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək sistemi cəlb ediləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/486128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR