Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Günayın yeni klipində nələr yaşanıb? - VİDEO - FOTOLENT

Günayın yeni klipində nələr yaşanıb? - VİDEO - FOTOLENT

Date: 4 November 2016 10:19

Müğənni Günay İbrahimli yeni klip çəkdirib. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, “Təşəkkürlər Bakı” adlı musiqi parçasını ekranlaşdırıb: “Sözləri və musiqisi Arif Şıxəmirova, aranjimanı Rasim Məmmədova məxsusdur. Klip üzərində 20 nəfərdən ibarət komanda çalışıb. Rejissorun və mənim xüsusi komandam var idi. Allahverdi, Qusik Simon, Zümrüd Mirzəliyeva və başqalarını misal çəkə bilərəm. Ekran işində tərəf müqabilim yoxdur, ancaq tanınmayan aktyorlar iştirak edib. Onlara belə bir şans verdik ki, öz istedadlarını göstərsinlər. Bakımı sevdiyim üçün bu mahnını kliplə təqdim etdim. Ekran işində Bakıdan gözəl görüntülər yer alıb. İstədim ki, şəhərin gözəllikləri klipdə əks olunsun. Bu, digər kliplərimdən çox fərqlənir”.

 

Qeyd edək ki, klipin rejissoru Nail Naiboğludur.

 

 

 

 

 

 

 


Tags:  Günayın yeni klipində nələr yaşanıb VİDEO FOTOLENT


RƏYLƏR


Top news