Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Demirtaş ədliyyəyə göndərildi – SON DƏQİQƏ

Demirtaş ədliyyəyə göndərildi – SON DƏQİQƏ

Date: 4 November 2016 10:28

Dünən axşam saxlanılan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş ədliyyəyə göndərilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda Türkiyə Baş prokurorluğundan bildirilib.

Baş prokurorluqdan verilən məlumata görə, Demirtaş səhər saatlarında Diyarbəkr Ədliyyəsində prokurora ifadə verib.

HDP-nin yerli vaxtla saat 10.00-da baş qərargahda mətbuat konfransı keçirəcəyi bildirilir.

Qeyd edək ki, Türkiyədə toxunulmazlıq hüququnun ləğvi barədə Konstitusiyaya düzəliş qüvvəyə mindikdən sonra cinayət törətməkdə ittiham olunan, bu səbəbdən dindirilmələri üçün məhkəməyə çağırılan və gəlməyən Xalqların Demokratik Partiyasının (HDP) 11 deputatının həbsi barədə qərar icra olunub. Proses çərçivəsində HDP həmsədri Figen Yüksəkdağ Şenoğlu Ankarada, partiyanın digər həmsədri Səlahəddin Dəmirtaş isə Diyarbəkirdə saxlanılıb.

Ömər Dağlı


Tags:  Demirtaş ədliyyəyə göndərildi SON DƏQİQƏ


RƏYLƏR


Top news