Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı jurnalistin sualı Mourinyonu çətin vəziyyətə saldı

Azərbaycanlı jurnalistin sualı Mourinyonu çətin vəziyyətə saldı

Date: 4 November 2016 10:33

İngiltərənin “Mançester Yunayted” futbol klubunun Portuqaliyadan olan baş məşqçisi Joze Mourinyo ötən gecə Türkiyənin “Fənərbaxça” klubu ilə keçirilən oyunun nəticələrini şərh edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, mətbuat konfransında çıxış edən Joze Mourinyo “Fənərbaxça”-nın oyununu alqışlayıb.

Ancaq mətbuat konfransında iştirak edən azərbaycanlı jurnalistin Joze Mourinyoya verdiyi sual Türkiyə və digər xarici ölkə mediasında qalmaqala səbəb olub.

Azərbaycanlı jurnalistin verdiyi “Erməni futbolçu Henrik Mkhitaryanı komandadan uzaqlaşdıracaqsınızmı?” sualı Joze Mourinyo üçün gözlənilməz olub.

Joze Mourinyo isə həmin suala cavabında deyib ki, Henrik Mkhitaryanı komandadan uzaqlaşdırmağı düşünmürəm: “Ancaq Henrik Mkhitaryan oyununu gücləndirməlidir. Hər şey bu qədər sadədir”.

Xatırladaq ki, ötən gecə “Mançester Yunayted” ilə “Fənərbaxça” klubları arasında keçirilən oyunda Türkiyə komandası 2:1 hesabı ilə qələbə qazanıb.

Vasif Həsənli


Tags:  Azərbaycanlı jurnalistin sualı Mourinyonu çətin vəziyyətə saldı

RƏYLƏR


Top news