Bakıda 11 piyada keçidi tikilir, 9-u plandadır - SİYAHI - FOTOLAR

Bakıda 11 piyada keçidi tikilir, 9-u plandadır - SİYAHI - FOTOLAR
10:39 4 Noyabr 2016
50 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakı şəhərində bir-neçə yerdə yerüstü və yeraltı piyada keçidlərinin inşası aparılır.

 

“Azəravtoyol” ASC-dən Lent.az-a verilən məlumata görə, sözügedən piyada keçidləri avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

 

Hal-hazırda aşağıdakı ərazilərdə ilkin olaraq 11 piyada keçidlərinin inşası aparılır:

 

1. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-i ( Xırdalan qəbirstanlığının yaxınlığı ), 13.7-ci km-i (Mətanət-A şirkətinin yaxınlığı) və 27.7-ci km-i ( Ceyranbatan qəsəbəsi );

 

2. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 12.3-cü km-i ( Sulutəpə qəsəbəsi ), 23.5-ci və 24.4-cü km-ri ( Müşfiq qəsəbəsi );

 

3. Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci km-i ( hərbi hissənin yaxınlığı )

 

4. Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsi ( yeraltı keçid )

 

5. Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsi;

 

6. Zığ-Hövsan avtomobil yolunun 1.8-ci və 4.3-cü km-ri.

 

Bildirək ki, artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-də və Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsində inşa edilən yerüstü piyada keçidlərində işlər yekunlaşmaq üzrədir. Bakı-Sumqayıt yolundakı keçiddə artıq son tamamlanma işləri aparılır. Belə ki, keçidin pilləkan və asma hissəsi tam hazırdır, hazırda dirəklərin üzlənməsi işləri aparılır. “Sabunçu körpüsü”nün yaxınlığındakı keçidin tikintisi isə son mərhələdədir.

 

Bundan başqa daha 9 yerdə isə yaxın zamanda keçidlərin tikintisinə başlanılacaq. Bu aşağıdakı ərazilərdir:

 

1. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun  27-ci km-i (Ceyranbatan qəsəbəsi);

 

2. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-i (Hökməli dairəsinin yaxınlığı);

 

3. Yasamal rayonu Hüseyn Cavid parkının qaşısında ( yeraltı keçid )

 

4. Mərdəkan-Zağulba yolunda ( Xrustalnı deyilən ərazi );

 

5. Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-i;

 

6. Zığ-Hövsan avtomobil yolunun 2.6-cı km-i;

 

7. Xətai rayonu neapol küçəsi ( 171 nömrəli məktəbin yaxınlığı ), həmçinin M.Hadi və S.Ə.Şirvani küçələrinin kəsişməsi;

 

8. Moskva prospekti, “Şamaxinka” deyilən ərazi.

 

           

Qeyd edək ki, yaxın zamanlarda zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşaası nəzərdə tutulub.






Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258537

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR