Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Layiqli qələbə qazandıq"

"Layiqli qələbə qazandıq"

Date: 4 November 2016 10:42

"Qarabağ"ın futbolçusu Ansi Aqolli Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda PAOK-a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, oyun barədə fikirlərini bildirib.

- Böyük qələbə oldu. Oyun barədə fikirlərin necədir?

- Özümüzü xoşbəxt hiss etdiyimizi deyə bilərəm. Yaxşı oynadıq, layiqli qələbə qazandıq. Artıq bundan sonrakı iki görüşü düşünməliyik. Onlar da vacibdir, oyuna köklənmək böyük rol oynayacaq.

- "Qarabağ"ın qrupdan çıxma şanslarını faiz etibarilə necə qiymətləndirə bilərsən?

- Bu haqda danışmaq hələ tezdir. Bəli, üstünlük qazanmışıq, ancaq bu heç nə demək deyil. Təcrübəm mənə deyir ki, hər şeyi sona qədər gözləmək, çalışmaq və yalnız nəticəni təmin edəndən sonra rahatlaşmaq lazımdır.

- PAOK-la oyunda bir xal pis nəticə olmayacaqdı. Oyuna bu fikirlə çıxmışdız?

- Yox. Heç bir komanda meydana uduzmaq üçün çıxmır. Mübarizə gedir, oyun müəyyən bir nəticə ilə bitir. Bu gecə biz qələbəni daha çox istəyən tərəf idik. "Qarabağ" qələbə qazandı, ən vacib olanı da budur.

- PAOK özünə oxşamadı. Daha dəqiqi, biz adı ilə oyun üst-üstə düşməyən bir rəqibin oyununa şahidlik etdik...

- Razı deyiləm. Yunanlar yaxşı komandaya malikdirlər, güclü rəqibdirlər.

Milli.Az


Tags:  Layiqli qələbə qazandıq

RƏYLƏR


Top news