Paytaxtda 20 piyada keçidi istifadəyə veriləcək

Paytaxtda 20 piyada keçidi istifadəyə veriləcək
10:43 4 Noyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtda 9 yerdə isə yaxın zamanda keçidlərin tikintisinə başlanılacaq.

“Azəravtoyol”ASC-dən Publika.az-a verilən məlumata görə, piyada keçidləri avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

İnşaası nəzərdə tutulan piyada keçidləri:

1. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-i (Ceyranbatan qəsəbəsi);

2. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-i (Hökməli dairəsinin yaxınlığı);

3. Yasamal rayonu Hüseyn Cavid parkının qaşısında ( yeraltı keçid )

4. Mərdəkan-Zağulba yolunda ( Xrustalnı deyilən ərazi );

5. Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-i;

6. Zığ-Hövsan avtomobil yolunun 2.6-cı km-i;

7. Xətai rayonu neapol küçəsi ( 171 nömrəli məktəbin yaxınlığı ), həmçinin M.Hadi və S.Ə.Şirvani küçələrinin kəsişməsi;

8. Moskva prospekti, “Şamaxinka” deyilən ərazi.

İnşası aparılan və yeni inşa olunacaq yerüstü piyada keçidləri 1 və 2 aşırımlı (orta dayaqlı) olmaqla yüngül konstruksiyalıdır. Keçidlərin bir-neçəsi istisna olmaqla əksəriyyəti üstü açıq və pilləkan hissədən ibarətdir.

Paytaxtın 11 müxtəlif ərazisində isə piyada keçidi tikilməkdədir:

1. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-i ( Xırdalan qəbirstanlığının yaxınlığı ), 13.7-ci km-i (Mətanət-A şirkətinin yaxınlığı) və 27.7-ci km-i ( Ceyranbatan qəsəbəsi );

2. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 12.3-cü km-i ( Sulutəpə qəsəbəsi ), 23.5-ci və 24.4-cü km-ri ( Müşfiq qəsəbəsi );

3. Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci km-i ( hərbi hissənin yaxınlığı )

4. Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsi ( yeraltı keçid )

5. Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsi;

6. Zığ-Hövsan avtomobil yolunun 1.8-ci və 4.3-cü km-ri.

Artıq həmin keçidlərdən ikisində işlər yekunlaşmaq üzrədir. Bu Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-də və Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsində inşa edilən yerüstü piya keçidləridir. Bakı-Sumqayıt yolundakı keçiddə artıq son tamamlanma işləri aparılır. Belə ki, keçidin pilləkan və asma hissəsi tam hazırdır, hazırda dirəklərin üzlənməsi işləri aparılır. “Sabunçu körpüsü”nün yaxınlığındakı keçidin tikintisi isə son mərhələdədir.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/174704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR