“Bilirdik ki, heç-heçə də bizə sərf edir” - Rəşad Sadıqov

“Bilirdik ki, heç-heçə də bizə sərf edir” -   Rəşad Sadıqov
10:47 4 Noyabr 2016
60 İdman
Ölkə mətbuatı
A- A+


“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının IV turu çərçivəsində Yunanıstanın PAOK klubu üzərində qələbədən sonra (0:1) jurnalistlərin suallarını cavablandırıb.



- “Qarabağ”ın vacib qələbələrindən bir idi. Sözün düzü, bilirdik ki, heç-heçə də bizə sərf edir. Əsas məsələ məğlub olmamaq idi, buna köklənmişdik.  Necə sərf edir? Yəni, bilirdik ki, məğlub olsaq, şansımız çox azalacaq. Yaxşı müdafiə olunduq, qapandıq, imkan düşdükcə, hücumlar təşkil etdik və sonda qələbə  qazandıq. Çox şükürlər olsun.


- Kapitan kimi futbolçulara tapşırmışdınız ki, futbolçular təxribata uymasınlar?

- Həmin epizodun bizim üçün faydası oldu. Komanda  həmin anda mənim özümün də xoşuma gəldi.  Göstərdik ki, heç kimdən çəkinmirik. Tək qorxduğum Maksim Medvedevin 4-cü dəqiqədə sarı vərəqə almasaydı. Amma o, təcrübəli futbolçudur, sona qədər 2-ci vərəqəni almadı. lk hissədə qol buraxmamaq “Qarabağ”ın düzgün müdafiə olunmasından irəli gəlir. Bilirdik ki,  rəqib ilk hissədə hücumlar təşkil edir. Ümumiyyətlə, səfərdə oynayanda, ilk 15-20 dəqiqə önəmlidir. POAK isə ilk dəqiqələrdən basqılı oynamağı sevir. 


- Bu qələbə komandada arxayınçılıq yaratmaz ki?

- Oyun indi bitib, bunun üzərində məşqçilər düşünəcək. Biz özümüz də uşaq deyilik. Bilirik ki, tarixi bir fürsətdir.


 “Qarabağ” son 3 mövsümdə ölkə çempion olub. Bəlkə, bu mövsüm Premyer Liqanı kənara qoyub, Avropa Liqası barədə düşünəsiniz...

- Özünüz də görürsünüz ki, bu mövsüm daha çətin keçir. Özünüz də görürsünüz ki, “Qəbələ” necə iddialıdır. Asan olmayacaq, sona qədər mübarizə aparacağıq.




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bilirdik-ki-hec-hec-d-biz-srf-edir-t53899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR