FETÖ-ya qoşulan gənclərin beynini necə "yeməsi" ilə bağlı yeni məlumatlar əldə edilib.
Milli.Az "Milliyet"ə istinadla bildirir ki, bu barədə məlumatı FETÖ-nün hörmətli "abi"si polislərə ifadəsi zamanı verib.
Gökçe adı ilə tanınan "abi" ifadəsində Fətullah Güləni camaat arasında ilahiləşdirdiklərini etiraf edib.
O, ifadəsində deyib: "Təşkilatımızda Fətullah Güləni ilahiləşdirmişdik. Hətta elə vəziyyət yaranmışdı ki, üzvlərimizin çoxu əgər Məhəmməd peyğəmbər (s) olmasaydı, Fətullah Gülənin sonuncu peyğəmbər olacağına inanmışdı. Biz onun Həzrəti Mehdi olduğunu söyləyərək insanları buna inandırmağa çalışırdıq".
Milli.Az