Millət vəkili: "Gərək hamısını həbs edərdilər"

Millət vəkili: "Gərək hamısını həbs edərdilər"
11:05 4 Noyabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Millət vəkili Vyetnamın vitse-prezidenti ilə köçkün qadınların problemlərini müzakirə edib (20 May 2017 10:36)
Türkiyədə deputat saxlanıldı (16 May 2017 06:44)
Qənirə Paşayeva Tovuzda Böyük Vətən müharibəsi veteranları ilə görüşüb (FOTO) (09 May 2017 19:50)

Xəbər verdiyimiz kimi, ötən gecə Türkiyə Xalqların Demokratik Partiyasının (HDP) millət vəkillərinə qarşı əməliyyat keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ da daxil olmaqla 11 deputat həbs olunub. Onlara qarşı "terror təşkilatı PKK-nın təbliğatını aparmaq", "cinayəti və cinayətkarı tərifləmək", "xalqı kin və düşmənçiliyə təhrik", "silahlı terror təşkilatına üzv olmaq" və "dövlətin birliyi və bütövlüyünü pozmağa təşəbbüs" maddələri ilə ittihamlar irəli sürülüb.

"Qafqazinfo" HDP-li millət vəkillərinin həbsinə millət vəkili Fazil Mustafadan və siyasi şərhçi Elxan Şahinoğludan münasibət öyrənib.

Millət vəkili Fazil Mustafa bildirib ki, gərək onların hamısını həbs edərdilər: "Niyə az sayda həbs ediblər? Onlar əməlli-başlı terrorçularla bağlı olan bir partiyadır. Dövlət onlara şans vermişdi ki, siyasətlə, sivil yollarla müəyyən məsələlərin həllinə çalışsınlar. Ancaq biri gedir terrorçunun dəfnində iştirak edir, biri terrorçu ilə şəkil çəkdirir. Aşkar şəkildə Türkiyə dövlətinin ərazi bütövlüyünü təhdid edirlər.

Belə vəziyyətdə də dövlət müəyyən addımlar atmalı idi. Hesab edirəm ki, Ərdoğanın PKK-ya qarşı olan sərt siyasəti tamamilə yerindədir. Terrorun kökünü qazımaq üçün birinci növbədə onun siyasi qanadını məhv etmək lazımdır. Çünki şansdan doğru istifadə etmədilər. PKK HDP formasında niyə görə Məclisdə idi? Silahı buraxıb Məclis çatısı altında siyasət həyata keçirmək üçün. Bunlar həm problemlərini qaldırır, həm də türk əsgərinə atəş açıb öldürürlər. Hökumət nə cavab verməli idi? Bu istiqamətdə daha sərt işlər görülməlidir. Onsuz da Avropa Birliyi Türkiyənin atdığı addımları müəyyən dərəcədə qaralayır. Qaralayırsa, qaralasın, indi ona görə Türkiyə öz ərazi bütövlüyünü qurban verməyəcək ki?"

Siyasi şərhçi Elxan Şahinoğlu qeyd edib ki, məhkəmədə onlarla bağlı müəyyən işlər var idi, sorğu-suallar davam edirdi: "HDP-çilər istintaqa getmir və suallara cavab vermək istəmirdilər. Ən önəmlisi isə HDP PKK ilə arasında məsafə qoymurdu.

PKK terrorçu bir təşkilatdır. Ordu, polisdən əlavə, mülki insanları da qətlə yetirir. HDP PKK-nı terrorçu təşkilat adlandırıb həyatı keçirdiyi əməliyyatları pisləməkdənsə, onları öz haqları uğrunda mübarizə aparan insanlar kimi dəyərləndirir. Belə bir şəraitdə mütləq halda indiki ağır vəziyyətdə Türkiyə hökuməti tədbirlər görməli idi. Türkiyə hər tərəfdən təhlükələrlə üz-üzədir. PKK, onun iki qanadı olan PYD və YPG, həmçinin İŞİD-lə mübarizədədir. Türkiyə özü İraq və Suriyada iki əməliyyatda iştirak edib. Belə bir məqamda 5-ci kolonun Türkiyəyə arxadan vurduğu zərbə çox təhlükəlidir. Ona görə də 5-ci kolonu zərərsizləşdirmək məqsədilə belə bir addım atılıb.

Bu, radikal kürdlər arasında narazılıq yaradacaq. Ancaq bu, eyni zamanda Türkiyə hökuməti tərəfindən PKK-ya dəstək verənlərə mesajdır. Kim terrorçuya dəstək verəcəksə, onun yeri həbsxanadır. Həbs olsa da, olmasa da Türkiyədə terror var. Türkiyə ordusu PKK ilə mübarizədə şəhid verərkən Ankarada oturan bəzi millət vəkilləri PKK-ya dəstəyi davam etdirirdilər" .

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Tramp SÖZ VERDİ

28 May 2017 07:03

Türkiyədə güclü zəlzələ baş verib

28 May 2017 06:37

Qocalığa meydan oxuyan Monika - FOTO

28 May 2017 06:32

Şimali Koreya yeni RƏM sistemini uğurla sınaqdan keçirib

28 May 2017 06:27

"Barselona" baş məşqçini əlidolu yola saldı - VİDEO

28 May 2017 06:13

Mərakeşdə 20 nəfər saxlanılıb - milli təhlükəsizlik səbəbindən

28 May 2017 06:01

Futbol üzrə Fransa Kubokunun qalibi məlum olub

28 May 2017 05:37

Ecazkar Karen və kürən tülkülər - FOTO

28 May 2017 05:32

İtaliyada toqquşma - Gözyaşardıcı qaz tətbiq olundu

28 May 2017 05:13

Rio Olimpiadasının irland mükafatçıları korlanmış medallarını geri qaytarıblar

28 May 2017 04:42

Sabiq prezidentin qəbri dağıdıldı

28 May 2017 04:33

Elvis Preslinin şəxsi təyyarəsi hərracda satılıb

28 May 2017 04:22

Suraxanıda 4 dəmir köşkü yanıb

28 May 2017 04:08

Dəhşət: bu gölə toxunan daşa dönür

28 May 2017 04:04

İngiltərə kuboku "Arsenal"ın oldu - VİDEO

28 May 2017 03:58

Serbiyanın paytaxtında güclü partlayış

28 May 2017 03:33

Üç model yeni kampaniyada - FOTO

28 May 2017 03:32

"Barselona" ardıcıl üçüncü dəfə İspaniya Kubokunu qazanıb

28 May 2017 03:17

Məşhur rok ulduzu dünyasını dəyişdi - FOTO

28 May 2017 02:58

Belqradda güclü partlayış olub

28 May 2017 02:50

Donald Tramp G7 liderlərinin birgə fotoçəkilişinə gecikib

28 May 2017 02:32

Cazibədar Sunniva - FOTO

28 May 2017 02:32

"Arsenal" 13-cü dəfə İngiltərə Kubokunun sahibi oldu

28 May 2017 02:32

Ağcabədidə 4 metrlik gürzə öldürüldü - FOTO

28 May 2017 02:03

ABŞ KXDR-nin qarşısını almaq üçün Sakit okeana üçüncü təyyarə gəmisini göndərib

28 May 2017 01:52

Suriya qoşunları Hələbin 12 kəndini İŞİD-ən azad edib

28 May 2017 01:37

Səyyahlar üçün mebel - FOTO

28 May 2017 01:32

Nömrəni səhv yığdı, xoşbəxt oldu

28 May 2017 01:29

Putinlə Ərdoğan telefonla danışdı

28 May 2017 01:28

Hər gün 5 alma çəyirdəyi yeyin

28 May 2017 01:09

Ermənistanda gömrük məntəqəsinin rəisi həbs edildi

28 May 2017 01:03

İtaliyada G7 sammitinə etiraz edənlərlə polis arasında toqquşma olub

28 May 2017 01:02

Azərbaycanda 28 May

28 May 2017 00:42

G7 sammiti başa çatdı

28 May 2017 00:38

Ən çox milyarderi olan ölkələr

28 May 2017 00:16

Astroloji proqnoz - 28 may

28 May 2017 00:13

Azərbaycan Xalq Cümhuriyyəti 98 yaşında

28 May 2017 00:07

“NATO PA-da növbəti dəfə erməni yalanının şahidi olduq” - Siyavuş Novruzov

28 May 2017 00:05

İtalyan model Silviya - FOTO

28 May 2017 00:05

Günün qoroskopu: ünsiyyət üçün əla gündür

28 May 2017 00:05

Böyük məbləğə satılan 15 qəribə rəsm əsəri - FOTO

28 May 2017 00:05

Oruc tutan şəxslər idmanla məşğul ola bilər?

27 May 2017 23:57

Alimlər keçəlliyin səbəbini tapdılar

27 May 2017 23:57

Facebook-a bağlılığınız uşaqlarınıza mənfi təsir edir

27 May 2017 23:57

Keçmiş senator həyatını itirdi

27 May 2017 23:54

İftarda ərik suyu için

27 May 2017 23:52

Putin və Ərdoğan arasında telefon danışığı olub

27 May 2017 23:47

“Həzrət Davudun (ə) orucu” nə deməkdir?

27 May 2017 23:47

Kamran Ağayev "Amkar" klubuna keçə bilər

27 May 2017 23:43

Oruc tutanlar bu xəbəri mütləq oxuyun! - həkim məsləhəti

27 May 2017 23:42