Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Partlayışı kimin törətdiyi açıqlandı - RƏSMİ

Partlayışı kimin törətdiyi açıqlandı - RƏSMİ

Date: 4 November 2016 11:18

Diyarbəkirdə bomba yüklü avtomobillə törədilən terror aktını PKK təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə Diyarbəkir Valiliyinin açıqlamasında deyilir.

Valiliyin məlumatına görə, partlayış Çevik Alay şöbəsinin binası yaxınlığında, insanların sıx olduğu ərazidə baş verib: “Yaxın saatlarda hadisə ilə bağlı daha detallı məlumat yayılacaq”.

Məlumata görə, yaralılar xəstəxanada müalicə olunur.

Valilik hər kəsin rəsmi məlumatlara etibar etməsi ilə bağlı çağırış edib.

Qeyd edək ki, bu gün səhər yerli vaxtda saat 08:00-da Diyarbəkirin Bağlar əyalətində partlayış törədilib. Partlayış nəticəsində 1 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.

Asif


Tags:  Partlayışı kimin törətdiyi açıqlandı RƏSMİ

RƏYLƏR


Top news