Prosineçki: "Yığmada yeni futbolçu görəcəksiniz"

Prosineçki: "Yığmada yeni futbolçu görəcəksiniz"
11:22 4 Noyabr 2016
79 İdman
Ölkə mətbuatı
A- A+

Yığmamızın rəqibinin heyətində daha iki futbolçu (23 May 2017 16:27)
Prosineçki Buffona "nümunə" göstərildi (12 May 2017 13:47)
Prosineçki Madriddə ev alıb (22 Aprel 2017 18:47)

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Avropa Liqasının qrup mərhələsinin IV turunun "Qəbələ" - "Sent-Etyen" oyunu izləyib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, o, qarşılaşanın fasiləsində jurnalistlərin suallarını cavablandırıb.

- Oyundan əvvəl Cavid Hüseynovla görüşdünüz. Sirr deyilsə, nə danışdınız?
- Bəli, Cavidlə stadionun qarşısında görüşdüm. Hal-əhval tutdum, özünü necə hiss etdiyini xəbər aldım. Vəziyyətini bilmək istəyirdim. Çox söhbət edə bilməsək də, özünü yaxşı hiss etdiyini dedi. Şadam ki, onun üçün çətin keçən günlər arxada qaldı, indi azaddır, komanda ilə birgə məşqlər edir.
 
- Necə gördünüz Cavidi - çəkisi, psixoloji durumu yerindədimi?
- Xarici görünüşü yaxşıdır. Artıq komandasında məşq edir, oyunlara çıxır. Cəmi 1-2 dəqiqə söhbət etmək imkanımız oldu. Ona görə psixoloji durumu haqda bir söz deyə bilməyəcəm. "Sumqayıt"a, "Neftçi"yə qarşı oyunlarda iştirak edib. Əgər fiziki, eləcə də, psixoloji baxımdan problemi olsaydı, baş məşqçi onu oyunlara buraxmazdı. Məncə, hər şey qaydasındadır.
 
- Cavidi formasını tam bərpa etdikdən sonra gələcəkdə millidə görə bilərikmi?
- Niyə də yox? Millinin qapıları hər bir futbolçunun üzünə açıqdır. Formasını bərpa etsə, onu milliyə dəvət edəcəm.
 
- Gələn həftə milli Şimali İrlandiyaya qarşı oynayacaq. Heyətdə yeni ada rast gəlmək mümkündümü?
- Çempionatın oyunlarını mütəmadi izləyirik. Kimlər hazırdır, dəvət edəcəyik. Heyəti sabah (bu gün-red.) açıqlayacam. Bir yeni futbolçu görəcəksiniz. Söhbət "Bursaspor"da çıxış edən Deniz Yılmazdan gedir. O, ilk dəfə milliyə dəvət ediləcək. Bu gün ölkə xaricində böyük klublardan birinin formasını geyinən azsaylı futbolçularımızdandır. Qalanları tanıdığınız futbolçulardır.
 
- Bu yaxınlarda dövlət başçısı millinin çıxışı haqda xoş sözlər söylədi və bunda sizin böyük əməyinizin olduğu vurğulandı. Bu sizdə həyəcan yaratmır?
- Buraya gəlməkdə məqsədim Azərbaycan futbolunu kömək etmək, mümkün qədər inkişaf etdirməkdir. Seçmə mərhələ başlayanda bizim belə nəticə əldə edəcəyimizi heç kim gözləmirdi, əksinə, gülürdülər. Şükürlər olsun ki, ilk oyundakı nəticələrimiz yaxşıdır. Şadam ki, dövlət başçısı da komandanın bu uğurunu vurğuladı, əməyimizi qiymətləndirdi. Bunlar hamısı xoş anlar idi. Təbii ki, bütün diqqətimizi Şimali İrlandiya ilə oyuna yönəltmişik. Hər bir oyuna məsuliyyətlə yanaşırıq, ancaq yaxşı nəticələr qazanmaq haqda düşünürük. Şimali İrlandiya ilə oyun asan keçməyəcək. Rəqibin əksər futbolçuları İngiltərə Premyer Liqasının ortabab klublarında çıxış edirlər. Bakıya yaxşı nəticə ilə dönmək üçün əlimizdən gələni edəcəyik.
 
- Bizim kimi komandalar bu cür uğurlu startın ardınca üzləşəcəyi bir məğlubiyyətlə enişə başlayır. Bu baxımdan, nə düşünürsüz, hansı tədbirləri görürsüz?
- Futboldur, uda da bilərsən, uduza da. Çalışmışıq ki, yaxşı nəticə qazanaq. Amma məğlubiyyətin qarşısını almaq üçün xüsusi tədbir gördüyümü desəm, yanlış olar. Futbol elə idman oyunudur ki, necə olacağını əvvəlcədən bilmirsən.
 
- "Qəbələ" - "Sent-Etyen" oyununun gedişi haqda nə deyə bilərsiz?
- "Qəbələ" birinci hissədə Avropa Liqasında ən yaxşı oyununu keçirdi. Komanda qol da vurdu. Amma fasilə ərəfəsində qapıçının səhvi üstünlüyün əldən getməsinə səbəb oldu. Halbuki fasiləyə öndə getsəydilər, yekun fərqli ola bilərdi.
 
- "Qarabağ"ın pley-off mərhələsinə vəsiqə qazanmaq şansı realdırmı?
- "Qəbələ"nin durumu ortadadır. Onlar artıq mübarizəni dayandırıblar. Amma "Qarabağ"ın şansı realdır. Bunun üçün PAOK səfərindən qələbə ilə dönməlidir (müsahibə oyundan əvvəl alınıb-red). Fikrimcə, "Qarabağ" PAOK-la oyunda uduzmayacaq. Sonra səfərdə "Slovan", doğma meydanda isə "Fiorentina" ilə oyunları qalır.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Hamilə Beyonse yeni fotolarını paylaşdı - FOTO

29 May 2017 17:12

“Mənim vaxtımdakı “Barselona” daha güclü idi”

29 May 2017 17:12

Uşaqlar oruc tuta bilərmi?

29 May 2017 17:08

Dünyanın ən bahalı avtomobili təqdim olundu

29 May 2017 17:05

ABŞ və Çin investorları Astanada açılan yeni birjaya ciddi maraq göstərirlər

29 May 2017 17:02

Oqtay Əsədov Latviya Seyminin spikeri ilə görüşüb

29 May 2017 17:02

Suriyada 17 kənd terrorçulardan azad edilib

29 May 2017 17:01

Bütün dünya bu qadından danışır: 63 yaşında stilistləri mat qoydu

29 May 2017 16:59

Bu qız elə səslər çıxarır ki, heç kim onunla evlənməz...

29 May 2017 16:58

BMW avtomobillərinin istehsalı dayandı

29 May 2017 16:55

Meyxanaçı Aydın Xırdalanlı tanınmaz halda - FOTO

29 May 2017 16:53

Lənkəranda 3 dəhşətli qəza: 2 ölü, 7 yaralı - VİDEO - FOTO

29 May 2017 16:52

Almaniya müharibəyə başlayır: Dünya hegomonluğu uğrunda DÖYÜŞ

29 May 2017 16:43

Qadınların çantalarına girənlər tutuldu

29 May 2017 16:43

Mourinyo futbolu Formula1-ə dəyişdi

29 May 2017 16:42

ƏDALƏT ŞÜKÜROV: "Oruc tutmamaq günah deyil!

29 May 2017 16:41

Elmar Məmmədyarov Kolumbiyada səfərdədir

29 May 2017 16:33

Azərbaycanlı modelin adı Tramp-Rusiya təhqiqatında: general Flinn və 530 min dollar - FOTO

29 May 2017 16:32

"Rolls-Royce" dünyanın ən bahalı avtomobilini təqdim edib

29 May 2017 16:32

Klub sahibinin bahalı istirahəti - FOTOLAR

29 May 2017 16:27

Ölülərin asıldığı qaya, insan sümüklərindən tikilən kilsə - Dünyanın ƏN QORXUNC YERLƏRİ - FOTOLAR

29 May 2017 16:23

Azərbaycanlı aktrisa oğlu ilə - FOTO

29 May 2017 16:22

Şəkidə güclü leysan yollara ziyan vurub (FOTO/VİDEO)

29 May 2017 16:22

Azərbaycanda öz qaydaları ilə işləyən dairə

29 May 2017 16:19

Liderlər rəngli corab geyinən baş naziri yaxına buraxmadılar – VİDEO

29 May 2017 16:13

Pamela Anderson klub açılışına qatıldı - FOTO

29 May 2017 16:12

Tottinin vida nitqi: "Dəli kimi ağlayırdım..."

29 May 2017 16:12

Meyxanaçı Aydın Xırdalanlı tanınmaz hala düşüb

29 May 2017 16:11

"Technol" Xəzər Neft-Qaz Sərgisində iştirak edəcək

29 May 2017 16:07

İnternetdə məşhurlaşan Çinarənin evi - VİDEO - FOTO

29 May 2017 16:05

Yunanıstanda qırıcı dənizə düşdü

29 May 2017 16:05

Sobada lobyalı, kartoflu toyuq resepti

29 May 2017 16:00

"Forbes" dünyanın ən bahalı şirkətlərinin SİYAHISINI AÇIQLADI

29 May 2017 15:58

“Qəbələ”dən 5 cavabsız qol

29 May 2017 15:57

Rəşad Sadiqovun yeni klubu müəyyənləşdi

29 May 2017 15:57

Ramazanla bağlı MARAQLI FAKTLAR: 2,419 qəza

29 May 2017 15:54

Polis qızın paylaşımı "Facebook"-u bir-birinə qatdı...

29 May 2017 15:53

Zibillikdən sursat çıxdı

29 May 2017 15:50

Ərdoğanı qarşılayan əsgər onu güllələyəcəkdi – SUİ-QƏSD PLANI

29 May 2017 15:48

Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları uzatdı

29 May 2017 15:47

"Əslində evlənməyi düşünmüşdük, amma..." - Burcu

29 May 2017 15:47

Bakıda avtobus sürücüsü gənc qızın belini sındırdı

29 May 2017 15:44

Gəncədə I Beynəlxalq Musiqi Festivalı keçirilib

29 May 2017 15:42

Elmar Məmmədyarov Kolumbiyaya gedib

29 May 2017 15:37

"MilliÖn"dən pul oğurladılar

29 May 2017 15:37

​“Azscore”-də PUL MÜKAFATI

29 May 2017 15:35

Yunanıstanda döyüş təyyarəsi qəzaya uğradı

29 May 2017 15:33

Serbiya Prezidenti Azərbaycan səfirini mükafatlandırıb

29 May 2017 15:29

Proqnoz: Rusiya əmək resursları qıtlığı ilə üzləşəcək

29 May 2017 15:27

Həsən Ruhani Azərbaycan prezidentinə məktub göndərib

29 May 2017 15:24