Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

ABŞ rejimlərin devrilməsi təcrübəsindən imtina edəcək – VƏD

ABŞ rejimlərin devrilməsi təcrübəsindən imtina edəcək – VƏD

Tarix: 4 Noyabr 2016 11:28

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp başqa ölkələrdə rejimlərin devrilməsi təcrübəsindən imtina edəcəyinə söz verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə respublikaçı namizəd Şimali Karolina ştatında tərəfdarları qarşısında çıxışında deyib.

Milyarder söz verib ki, prezident seçiləcəyi halda başqa dövlətlərdə rejimləri devirməyəcək. Onun sözlərinə görə, yalnız ABŞ-ın milli təhlükəsizliyinin maraqları üçün həyati əhəmiyyət daşıdığı halda silahlı qüvvələri cəlb etmək lazımdır.

“Biz xaricdə demokratiya qurmağa və rejimləri devirməyə çalışmayacağıq. Bunun əvəzinə, Amerikanın təhlükəsizliyinə, İŞİD-in məhv edilməsinə və radikal islam terrorizminin üzərində qələbəyə diqqətimizi ayırmalıyıq”, - respublikaçı vurğulayıb.

O, əlavə edib ki, İŞİD-i məhv etməyi və terrorçular üzərində qələbə qazanmağı hədəf seçən istənilən ölkə bu missiyada ABŞ-ın partnyoru olacaq.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək. Trampın demokrat rəqibi keçmiş dövlət katibi Hillari Klintondur.

Ömər Dağlı


Teqlər:  ABŞ rejimlərin devrilməsi təcrübəsindən imtina edəcək VƏD



RƏYLƏR


Top xəbərlər