İspaniyanın "Atletik" klubunun futbolçusu Arits Aduris Avropa Liqasının tarixinə düşüb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ispan futbolçu turnirin tarixində ilk penta-trikin müəllifi olub.
35 yaşlı futbolçu buna "Genk"lə ev oyununda imza atıb. Komandasının 5:3 hesablı qələbəsində beş qolla pay sahibi olan Aduris bunlardan üçünü penaltidən gerçəkləşdirib. Fasiləyədək 3, ikinci hissədə 2 qol vuran Aduris 2009-cu ildən Avropa Liqası kimi keçirilən turnirin rekordçularını arxada qoyub.
Qeyd edək ki, bunadək rekord eyni matçda 4 qol vuran Radamel Falkao (2010/11) və Edinson Kavaniyə (2012/13) məxsus idi.
Milli.Az