Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Türkiyə İŞİD mövqelərinə artilleriya zərbələri endirdi

Türkiyə İŞİD mövqelərinə artilleriya zərbələri endirdi

Date: 4 November 2016 11:42

Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində İŞİD terror təşkilatının mövqelərinə 73 artilleriya zərbəsi endirib.

Milli.Az bildirir ki, bu barədə Trend Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.

İŞİD mövqelərinə hücum zamanı Türkiyəni dəstəkləyən "Azad Suriya Ordusu" 4 döyüşçüsünü itirib, 10-u xəsarət alıb.

Əməliyyat zamanı 3 İŞİD üzvü zərərsizləşdirilib.

Bundan başqa, koalisiya qüvvələrinin hava zərbələri nəticəsində 8 İŞİD-çi məhv edilib.

Milli.Az


Tags:  Türkiyə İŞİD mövqelərinə artilleriya zərbələri endirdi

RƏYLƏR


Top news