Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Salyanda qeyri-adi təbiət hadisəsi - FOTO

Salyanda qeyri-adi təbiət hadisəsi - FOTO

Date: 4 November 2016 11:42

Salyan rayonunda qeyri-adi təbiət hadisəsi baş verib. Şəhərin Aşıq Pənah küçəsində yol kənarında əkilmiş heyva ağacı vaxtsız çiçəkləməyə başlayıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, rayon sakinləri meyvə ağaclarının vaxtsız çiçəkləməsinə ildən-ilə daha çox rast gəlindiyini, hazırda xeyli meyvə ağacında belə anormal çiçəkləmənin müşahidə olunduğunu dedilər.

Biz isə müşahidələrimiz zamanı onu da müəyyən etdik ki, çiçəklər yenicə əmələ gəlmiş yarpaqların ətrafında yaranır. Ona görə də mütəxəssislər bu vaxtsız çiçəkləmələri qeyri-sabit hava şəraiti və əslində iqlim dəyişikliyinin fotosintez prosesinə təsiri kimi izah edirlər. Belə ki, bütün yaşıl bitkilər öz qidalarını günəş enerjisinin təsiri altında fotosintez adlanan kimyəvi prosesdə hazırlayırlar. Ağacların qidalanmasında yaranmış anormal dəyişikliklər isə vaxtsız çiçəklənmə ilə nəticələnir.

Milli.Az






Tags:  Salyanda qeyri-adi təbiət hadisəsi FOTO

RƏYLƏR


Top news