Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Birlikdə yeyib-içdiyi adamın ürəyinə bıçaq sancdı

Birlikdə yeyib-içdiyi adamın ürəyinə bıçaq sancdı

Date: 4 November 2016 11:52

Bakının Nəsimi rayonu ərazisində, metronun "20 Yanvar" stansiyasının yaxınlığında kafedə tanışlar arasında mübahisə qanlı sonluqla bitib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, hadisə "Nar" kafesində qeydə alınıb. Şəki şəhər sakini, 1979-cu il təvəllüdlü Yusifov Mehman Nəbi oğlu tanışları ilə bərabər yeyib-içdikdən sonra dava salıb. Sərxoş vəziyyətdə olan M.Yusifov tanışının birini masadan qovmaq istəyib. O, tanışına söyərək, ondan kafedən getməyi tələb edib. Lakin tanışı bundan hiddətlənərək M.Yusifovun ürək nahiyəsinə bıçaqla zərbə vurub.
 
Ağır xəsarət alan M.Yusifov kafe işçilərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Yaralı əməliyyat olunub. Onun vəziyyəti ağır olaraq qalır.
 
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Bölməsinin (PB) əməkdaşları araşdırma aparır. Hadisəni törədən şəxsin rayonlardan birinə qaçdığı məlum olub. Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində araşdırma aparılır.

Milli.Az


Tags:  Birlikdə yeyib-içdiyi adamın ürəyinə bıçaq sancdı

RƏYLƏR


Top news