Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Almatı aeroportunda bomba HƏYƏCANI

Almatı aeroportunda bomba HƏYƏCANI

Date: 4 November 2016 11:53

Qazaxıstanın Almatı şəhərinin hava limanına partlayıcı qurğunun yerləşdirilməsi barədə naməlum şəxslər zəng edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda hava limanının mətbuat xidmətindən bildirilib.

Məlumata görə, zəngdən dərhal sonra sərnişinlər və hava limanının işçilərinin təxliyyəsi başlanıb. Partlayıcı qurğunun qoyulması barədə zəngin həqiqəti əks etdirmədiyi məlum olandan sonra hava limanında normal iş rejimi bərpa edilib.

Hazırda fakt üzrə hüquq-mühafizə orqanları araşdırma aparır.

Ömər Dağlı


Tags:  Almatı aeroportunda bomba HƏYƏCANI

RƏYLƏR


Top news