"Özündən kiçik müğənnilərə paxıllıq edirlər"

"Özündən kiçik müğənnilərə paxıllıq edirlər"
11:56 4 Noyabr 2016
32 Şou
Ölkə mətbuatı
A- A+

"Şou-biznesə aidiyyatı olan da, olmayan da özünü bura daxil edir. Bəzi sənətkarlar var ki, onları şou-biznesdə görmürəm. Flora Kərimova, Alim Qasımov, Fidan və Xuraman Qasımovalar, Fidan Hacıyeva belələrindəndir”.

Axşam.az-ın məlumatına görə, bu sözləri prodüser Tarix Əliyev (Tolik) “Hər şey daxil” verilişində deyib.
Prodüser bildirib ki, bəzi müğənnilər gənclərin yolunu kəsir:

“Adlarını çəkdiklərim səhnədə şou göstərmir. Şounu Ledi Qaqa yaradır, pul qazanır. Hər yerindən duran özünə sənətkar deyir, ya da yeni dəb çıxarmaq istəyir. Hələ onların gənclərə dəstək olduğunu görmədim. Gəlib acıq verirlər ki, mən staram, amma sizin təbəqədə star yoxdur. Ya da kimsə deyir ki, Elton gəlib qarşımda oxusun, ona qiymət verim.

Elə müğənni var ki, xalq artistidir, məclisdə özündən on yaş balaca ifaçını gözlətdirir. Belə hərəkətlər paxıllıqdan irəli gəlir. Düşünürlər ki, yaşım gedir, onlar bizim yerimizə gəlir. Gənc ifaçı da həyəcanlanır, oxuya bilmir. Sənətkar özünü nə qədər püxtələşmiş göstərsə, o qədər yaxşıdır”.

Tolik əməkdar artist Abbas Bağırovun ifaçı Ramal İsrafilova dəstəyindən söz açıb:

"Abbas gəncdir, amma Ramala dəstək olub, tanıdıb. Ramal bunu danmaz".

Qeyd edək ki, müğənni Elton Hüseynəliyev xalq artisti Brilliant Dadaşovanı paxıl adlandırıb, onun məclisdə gənclərə mikrafon vermədiyini demişdi.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60476

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR