Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Narkotikdə təqsirləndirilən NİDA-çının məhkəməsi başladı

Narkotikdə təqsirləndirilən NİDA-çının məhkəməsi başladı

Date: 4 November 2016 11:59

Markotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Daha sonra B.Məmmədovun vəkili Elçin Bayramov hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işinə xitam verilməsini, B.Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunmasını istəyib. Vəsatət təmin etməyib.

 

Məhkəmənin baxış iclası noyabrın 11-nə təyin edilib.

 

Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur. Rəsmi məlumata görə, onun üzərindən və evindən ümumilikdə iki kq-dan artıq heroin götürülüb.

 

Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. 


Tags:  Narkotikdə təqsirləndirilən NİDA-çının məhkəməsi başladı


RƏYLƏR


Top news