Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ev şəraitində limon yetişdirməyin asan üsulu - video

Ev şəraitində limon yetişdirməyin asan üsulu - video

Date: 4 November 2016 12:01

Bəzi bitkisevən insanlar var ki, ev şəraitində istədikləri bitkini yetişdirə bimirlər. Limon bitkisinin də çox vaxt ev şəraitində əmələ gəlmədiyi deyilir. Amma bunun əslində çox asan bir üsulu var.

Axşam.az sizə limon yetişdirmənin qaydasını izah edir:

Əvvəlcə bir limonu ikiyə ayırın və içindəki tumlarını çıxarın. Daha sonra bu tumları süzgəcə qoyub yaxşıca yuyun və qurulayın, dırnaqlarınızla tumları yarıya bölərək açın.

Digər bir tərəfdə ilk müvəqqəti olaraq istifadə edəcəyiniz metal bir qabı (boş konserv qutusu istifadə edə bilərsiniz) yarısından çoxunu torpaq ilə doldurun və ikiyə ayırmış olduğunuz tumları torpağa müəyyən aralıqlarda qoyun və üstünü yenidən torpaqla örtüb, sulayın.

Ən son olaraq kağız salfeti dörd qatlayaraq torpağın üzərinə qoyun və təkrar sulayın. Bu şəkildə tumlar göyərənə qədər qədər üstüörtülü olaraq gözlədin və cücərmə olunca onları oradan çıxarıb normal dibçəkdə əkin.


Tags:  şəraitində limon yetişdirməyin asan üsulu video


RƏYLƏR


Top news