Bakı-Sumqayıt qatarında gediş haqqı ucuzlaşır

Bakı-Sumqayıt qatarında gediş haqqı ucuzlaşır
12:05 4 Noyabr 2016
188 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 5-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının "biznes-klass" vaqonunda gediş qiyməti aşağı salınacaq.

Milli.Az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, noyabrın 5-dən etibarən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının "biznes-klass" vaqonunda gediş qiymətində dəyişiklik ediləcək.

Bakı-Sumqayıt (Sumqayıt-Bakı) istiqamətində "biznes-klass" vaqonlarında gediş haqqı 1 manat 60 qəpikdən 1 manat 20 qəpiyə endiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/486185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR