Azərbaycan nümayəndəsi prezident seçkilərini izləmək üçün dəvət alıb

Azərbaycan nümayəndəsi prezident seçkilərini izləmək üçün dəvət alıb
12:12 4 Noyabr 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin deputatı Rauf  Əliyev noyabrın 4-dən 7-dək Bolqarıstanda  keçiriləcək  prezident  seçkilərini  müşahidə  etmək  üçün  bu ölkənin paytaxtı  Sofiya şəhərində səfərdə olacaq.

Milli.Az xəbər verir ki, deputatımız  prezident seçkilərinin gedişini  Bolqarıstan Xalq  Məclisinin deputatı, Bolqarıstan-Azərbaycan  dostluq  qrupunun  rəhbəri  Korman İsmayılovun  dəvəti ilə  izləyəcək.

O, seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, paytaxtdakı müxtəlif seçki məntəqələrində olacaq, seçici hüquqlarının qorunması,  yeni  texnologiyaların  tətbiqi və  seçki  prosesinin  şəffaflığı  ilə maraqlanacaq.

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/486184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR