Səfir: "Macarıstan Azərbaycana Avropa bazarlarına çıxmağa kömək edə bilər"

Səfir: "Macarıstan Azərbaycana Avropa bazarlarına çıxmağa kömək edə bilər"
12:12 4 Noyabr 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

"Macarıstan Azərbaycan biznesinə Avropa bazarlarına çıxa bilməsi üçün kömək edə bilər".

Milli.Az bildirir ki, bunu Trend-ə müsahibəsində Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib.

O, Avropada Azərbaycan müəssisələrinin açılması və investisiya imkanları, eləcə də Azərbaycan məhsullarının satışı üçün bazarın ola biləcəyindən danışıb.

Səfir iqtisadi əməkdaşlığın əsas istiqamətlərinin bu ilin əvvəlində iki ölkə rəsmilərinin gürüşü zamanı müəyyənləşdirildiyini qeyd edib:

"İqtisadi əməkdaşlığın əsas istiqamətləri və ən perspektivli sahələr bu ilin martında Macarıstan baş naziri Viktor Orbanın Azərbaycana səfəri zamanı müəyyənləşdirilmişdi. Bunlar infrastrukturun inkişafı, kənd təsərrüfatı, energetika, informasiya kommunikasiya texnologiya sektoru, su təsərrüfatı sahəsində əməkdaşlıqdır".

Macarıstan səfiri ölkəsinin Cənubi Qafqaz regionunda ən böyük ticarət dövriyyəsinin Azərbaycanla olduğunu bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/486194.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR