Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Təbii və texnogen fəlakətlər zamanı jurnalistlərlə əməkdaşlıq üzrə seminar keçirilib - FOTO

Təbii və texnogen fəlakətlər zamanı jurnalistlərlə əməkdaşlıq üzrə seminar keçirilib - FOTO

Date: 4 November 2016 12:17

Avropa İttifaqının (Aİ) "Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri" adlı Şərq Proqramı (PPRD East 2) çərçivəsində noyabrın 1-2-də Ukraynanın paytaxtı Kiyev şəhərində seminar keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, iki günlük seminarda təbii və texnogen fəlakətlərlə bağlı əhalinin xəbərdar edilməsi, fövqəladə hal baş verməzdən əvvəl, baş verən zaman və baş verəndən sonra jurnalistlərlə mülki müdafiə orqanları arasında əməkdaşlığın gücləndirilməsindən bəhs edilib.

Şərq Proqramına qoşulmuş tərəfdaş ölkələrin nümayəndələrinin iştirak etdiyi seminarda Azərbaycanı Trend İnformasiya Agentliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təmsil ediblər. Seminar zamanı qeyd olunan mövzu ətrafında geniş müzakirələr keçirilib, fikir və təcrübə mübadiləsi aparılıb.

"PPRD East 2" proqramının məqsədi "Şərq Tərəfdaşlığı" ölkələrində təhlükəsizliyin təmin edilməsinə töhfə verməkdir. Noyabrın 10-da proqram çərçivəsində Bakıda Milli Məsləhət Qrupunun 3-cü görüşü keçiriləcək. Bundan əlavə, noyabrın 11-də "PPRD East 2" proqramının Bakıda təqdimatının keçirilməsi planlaşdırılır.

Milli.Az





Tags:  Təbii texnogen fəlakətlər zamanı jurnalistlərlə əməkdaşlıq üzrə seminar keçirilib FOTO


RƏYLƏR


Top news