Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bozdağ: “150 ölkədən ölmək və öldürmək üçün terrorçu gətirirlər”

Bozdağ: “150 ölkədən ölmək və öldürmək üçün terrorçu gətirirlər”

Date: 4 November 2016 12:18

“Təxminən 150 ölkədən ölmək və öldürmək üçün gətirirlər. Bu qədər terrorçunu ölmək və öldürmək üçün kim razı salır?”

Publika.az Türkiyənin mediasına istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Bəkir Bozdağ Diyarbəkr vilayətində törədilən terror aktını şərh edərkən deyib.

“Bu, beynəlxalq bir layihədir. Həm Türkiyənin, həm insanlığın, həm müsəlmanlığın düşmənidir. Bütün dünya İŞİD-lə mübarizədən imtina etsə də, Türkiyə imtina etməyəcək. Türkiyə bu mübarizəni həm daxili, həm də beynəlxalq hüquqa uyğun şəkildə yerinə yetirəcək. Beynəlxalq cəmiyyət Türkiyəyə kifayət qədər dəstək vermir”, - Bəkir Bozdağ bildirib.

O, qeyd edib ki, başqa ölkələr Türkiyənin daxili işlərinə müdaxilə edə bilməzlər. Nazir söyləyib ki, Almaniya Türkiyə məhkəməsinin Almaniya məhkəməsi kimi müstəqil olduğunu anlamaq məcburiyyətindədir.

“Fransada yalnız Fransa vətəndaşları üçün azadlıq var, xaricilər üçün yoxdur. PKK Brüsseldə sərgilər açır. İsveçrə “bunlar terrorçu deyil, silahlı mübarizə aparırlar” deyir. Türkiyə hər cür oyunu pozmağa qadir ölkədir. Türkiyə demokratik bir hüquq dövlətidir”, - Bəkir Bozdağ əlavə edib.

Ömər Dağlı


Tags:  Bozdağ 150 ölkədən ölmək öldürmək terrorçu gətirirlər

RƏYLƏR


Top news