"Hələ heç nəyə nail olmamışıq"

"Hələ heç nəyə nail olmamışıq"
12:22 4 Noyabr 2016
51 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın futbolçusu Miçel Madera Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda PAOK-a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubunun qələbə qolununun müəllifi olan oyunçu qrupdan çıxmaq şanslarını dəyərləndirib.

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Çətin oyun olacağını bilirdik. Bu görüşdə azarkeş dəstəyimiz də var idi. Çətin olsa da, sonda rəqibə qarşı layiqli mübarizə aparmaqla qalib gələ bildik.

- İkinci hissədə meydana çıxdınız və cəmi bir neçə dəqiqə sonra qələbə qoluna imza atdınız...

- Qələbə qolunu vuracağımı gözləmirdim. Baş məşqçinin mənə şans verməsini gözləyirdim ki, komandama kömək edim. Şadam ki, həlledici qola imza atmağa nail oldum.

- Artıq qrupdan çıxmaq şansınızın artdığını demək olar?

- Hələ heç nə dəqiqləşməyib. Biz sadəcə, kiçik bir üstünlük qazanmışıq.

- Hər halda komandanız tarixi bir uğura imza atmağa çox yaxındır...

- Biz hələ heç nəyə nail olmamışıq. Daha bir qələbə qazanmaq istəyirik. Yalnız ondan sonra "pley-off"a adladığımızı əminliklə söyləmək olar.

- Artıq növbəti oyunda bu hədəfinizə çata bilərsiniz?

- Çətin olacaq. Çünki yenə səfərdə oynayacağıq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486154.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR