Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması nə vaxt başa çatacaq?

Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması nə vaxt başa çatacaq?

Date: 4 November 2016 12:27

"Azərbaycan hökuməti Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivlərinin azaldılması üzərində işləyir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

O qeyd edib ki, Palata hökumətlə bankın sağlamlaşdırılması çərçivəsində sıx əlaqədədir: "Hazırda onun kiçildilməsi prosesi gedir, belə ki, Beynəlxalq Bankın aktivləri tədricən bazarın digər iştirakçılarına verilir. 2017-ci ildə müvafiq işlər davam etdiriləcək və mən əminəm ki, bankın sağlamlaşdırılması prosesi gələn il başa çatacaq".

R.Aslanlı əlavə edib ki, MBNP gələcəkdə bazarda yalnız özəl bankların qalmasında maraqlıdır.

Milli.Az


Tags:  Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması vaxt başa çatacaq

RƏYLƏR


Top news