"Qarabağ" ilk "100-lük"də

"Qarabağ" ilk "100-lük"də
12:27 4 Noyabr 2016
89 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsinin IV turunda PAOK-u 1:0 hesabı ilə məğlub edən "Qarabağ"ın UEFA klubların reytinq cədvəlində mövqeyi dəyişib.


Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi 13 pillə irəliləyərək 18.050 xalla 99-cu yerdə qərarlaşıb. "Qarabağ" bununla da ilk "100-lük"də qərarlaşan ilk Azərbaycan klubu olub.


Siyahıda "Qarabağ"dan başqa Azərbaycanın daha 6 klubu var. 9,800 xala malik “Neftçi” 159-cu, 7,800 xalı olan “Qəbələ” 181-ci pillədə qalıb. Sonuncuların irəliləyə bilməməyinə səbəb Bakıda Fransa “Sent-Etyen”inə 1:2 hesabı ilə uduzmasıdı.

 

1 pillə irəliləyib, 219-cu yerdə qərarlaşan “İnter”in 6,050 xalı var. Artıq fəaliyyətini dayandırmış “Xəzər Lənkəran” 4,550 xalla 274-cü yerə şərikdi. Digər komandalarımızdan “Kəpəz” (4,050) 297-ci, “Bakı” (3,800) 306-cı yerin şərikidi.


Qeyd edək ki, siyahıya “Real” (151,685) başçılıq edir. “Bavariya” (Almaniya) 146,756 xalla 2-ci, “Barselona” (İspaniya) 136,685 xalla 3-cü pillədə qərarlaşıb. 


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-ilk-quot100-lukquotd-t53902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR