Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda keçid banklar yaradılacaq

Azərbaycanda keçid banklar yaradılacaq

Date: 4 November 2016 12:32

"Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə keçid bankların yaradılması üçün normativ-hüquqi baza hazırlayır".

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, hazırlanan qanun layihəsi problemli banklara təyin olunan müvəqqəti administratorların səlahiyyətlərinin artırılmasına yol açacaq.

Keçid bankı ödəniş qabiliyyəti olmayan bankların bazardan çıxması prosesində yaradılan maliyyə qurumudur.

Bu cür bankın investorlara satılacağı günə qədər bank səhmlərinin idarə olunması Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna keçir.

Milli.Az


Tags:  Azərbaycanda keçid banklar yaradılacaq

RƏYLƏR


Top news