Səddamın nəvəsi Türkiyədə ölümdən döndü

Səddamın nəvəsi Türkiyədə ölümdən döndü
12:33 4 Noyabr 2016
99 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın keçmiş lideri Səddam Hüseynin nəvəsi Məsud Uday Səddam Hüseyn Türkiyənin Muğla vilayətində motosikletlə qəzaya düşüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəzada çiyni qırılan nəvə Hüseyn xəstəxanaya yerləşdirilib.

Məsud Uday Səddam Hüseynin anası Sevim Torun 1982-ci ildə iraqlı bir türkmanla evli olan bibisinin yanına – Bağdada gedib. Sevim Torun burada təşkil edilən gözəlik müsabiqəsinin qalibi olub. Müsabiqəni İraq prezidenti Səddam Hüseyn və oğlu Uday da izləyib. Burada tanış olan Uday Hüseyn və Sevim Torun evlənir. Cütlüyün evliliyi 8 ay davam edir və Torun həyat yoldaşının işgəncələrinə məruz qaldığı üçün 3 aylıq hamilə ikən Türkiyəyə qaçır.

Məsud Uday Səddam Hüseyn Türkiyədə dünyaya gəlir. Sevim Torun 2010-cu ilin dekabrında İstanbulda 52 yaşında ölür.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR