Xalq artistinin oğluna kömək yoxdur

Xalq artistinin oğluna kömək yoxdur
12:37 4 Noyabr 2016
185 Ölkə
Ölkə mətbuatı
A- A+

"Böyrəkləri, demək olar ki, tamamilə fəaliyyətini dayandırıb".

Milli.Az bildirir ki, bu sözləri mərhum xalq artisti Eldəniz Zeynalovun qızı Gülbəniz Zeynalova qardaşı Məmməd Zeynalovun səhhəti haqda axar.az-a danışarkən deyib. O, qardaşına heç kimin kömək əli uzatmadığını bildirib:
 
"Vəziyyəti çox pisdir, böyrəkləri işləmir, hal-hazırda xəstəxanadadır. Nə qədər çağırış etsək də, köməklik göstərən yoxdur. Çox çətin durumdayıq".
 
Qeyd edək ki, Məmməd Zeynalov ötən ay serial çəkilişinə gedərkən insult keçirib. Aktyorun beyninə qan sızıb. O, hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/486220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR