Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Həftəsonu hava necə olacaq? - PROQNOZ

Həftəsonu hava necə olacaq? - PROQNOZ

Date: 4 November 2016 12:39

 

Noyabrın 05-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.

Axşam isə buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

 

 

Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-16° isti, Bakıda gecə 8-10° isti, gündüz 14-16° isti olacağı gözlənilir.

 

 

 

Azərbaycanın rayonlarında isə sabah hava əsasən yağmursuz keçəcək.  Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

 

Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

 


Tags:  Həftəsonu hava olacaq PROQNOZ


RƏYLƏR


Top news