Ailədə məhbus həyatı yaşayan qadının dəhşətli hekayəti - FOTO

Ailədə məhbus həyatı yaşayan qadının dəhşətli hekayəti - FOTO
12:42 4 Noyabr 2016
175 Ölkə
Ölkə mətbuatı
A- A+

Deniz Seki azadlığa çıxdı - FOTO (05 İyun 2017 16:57)
Bakıda 25 yaşlı qadının DƏHŞƏTLİ SONU (23 May 2017 15:12)
Bakıda həyat yoldaşından ayrılan 25 yaşlı qadının DƏHŞƏTLİ SONU (23 May 2017 14:14)

Gender əsaslı məişət zorakılığının qarşısının alınması müasir dövrün əsas problemlərindən biridir. 

Zorakılığın qurbanları əsasən qadınlardır. Mütəxəssislər belə hadisələrin qanunvericilikdə olan boşluqlardan, əhali arasında maarifləndirmə işinin aşağı olmasından, vətəndaşların öz hüquqlarını zəif bilməsindən, nəzarət və monitorinq mexanizmlərinin lazımi səviyyədə olmamasından irəli gəldiyini deyirlər.  

Milli.Az bildirir ki, məişət zorakılığının və erkən nikahın qurbanı Könül Quliyeva bizimyol-a deyib ki, o, fiziki, psixoloji təzyiqlərə məruz qalıb, o cümlədən təhdid, məcburi və əsassız azadlıqdan məhrum edilib.
"Mən kiçik dağ rayonunda doğulub yaşamışam. Valideynlərimin böyük övladıyam. Ağlım kəsəndən evimizdə daim problemlər olub. Anam və atam bir-birini çox sevirdilər. Lakin ata nənəm evdə hüzur qoymamışdı. Həmişə evimizdə söz-söhbət və göz yaşları var idi. Problemlərə baxmayaraq valideynlərim təhsilimizə böyük önəm verirdilər. Mən rayonumuzda orta məktəbi fərqlənmə ilə bitirib, ali təhsil almaq üçün Bakıya gəldim. Birinci kursda oxuyarkən bizim ailə toya dəvət edildi. O zaman mənim 17 yaşım yeni tamam olmuşdu. Toy atamın uzaq qohumunun ailəsində idi. Biz qohum olsaq da, Naxçıvanda yaşayan qohumlarımı tanımırdım. Toya mən də gedəsi oldum. Toydan iki gün sonra başıma gələcəkləri və acınacaqlı bir həyata qədəm qoyacağımı bilsəydim, yəqin ki, o məclisə getməzdim. Məni qaçırdılar. Məni qaçıran toyuna getdiyim qızın qardaşı idi. İlk zorakılığı həmin gün gördüm. Məni apardıqları evin sahibi bu əməlinə görə onu danladı. Dörd gün həmin evdə qaldım. Soruşa bilərsiniz ki, tanımadığın və sevmədiyin insanın gətirdiyi evdə niyə qaldın? Balaca dağ rayonunun sakini olan qızın qaçırılma xəbərindən sonra ata evinə qayıtmağı boşboğaz şəxslərin dilini açacağından və bilmədən danışacaqlarından qorxduğum üçün oturdum. Sonradan mənə deyildi ki, qaçırıldığım xəbəri atama deyilən anda o, "mənim uşağım bədbəxt oldu..." deyib. 

Qaynanam yeni toy etdiklərini deyərək bizə toy etməyə razı olmadı. Bütün qızların həsrətlə gözlədikləri ağ gəlinlik də qismətim olmadı", - deyə K.Quliyeva bildirir.

Zərərçəkən deyir ki, gəlini olduğu ailənin özünəməxsus qaydaları olub: "Qaynanam ilk gündən bu qaydaları mənə çatdırdı. Dedi ki, qaynatamın və ərimdən böyuk qayınlarımın yanında çörək yeməyim, başı açıq gəzməyim, gələcəkdə övladım olarsa, ağlamaqdan çatlasa belə onların yanında övladımı qucağıma almayım, evə gələn bütün qonaqların ayaqqabılarını yuyub, kremləyib yerinə qoyum. 

Bunları eşitdiyimdə: "Ay Allah, mən hansı dövrə düşürmüsən", - dedim. Amma taleyimə boyun əydim. Məni qaçıran şəxslə aramızda dörd yaş fərqi vardı. Demək olar ki, anasının diqtəsi ilə oturub-dururdu. Evliliyimizin ilk günlərində ərim qısqanclıq adı ilə məni döyürdü. 

Təsəvvür edin ki, ərim evdən işə gedəndə telefon xəttini aparatdan ayırır və qapını bayırdan bağlayıb gedirdi. Məhkum həyatı yaşayırdım. Onun icazəsi olmadan eyvana çıxmaq mənə qadağan edilmişdi. 
Ərim hərbçi zabit  idi.  Evdə də zabit kimi danışırdı. Sanki bir əsgərə əmr verirdi. Hər hərəkətinə dözürdüm. Evliliyimizin üçüncü ayında ərim xidmət zamanı kontuziya aldı və bu onun ağır xarakterini daha da dərinləşdirdi. Bu azmış kimi o, spirtli içkiyə aludə oldu".

K.Quliyeva deyir ki, gəlin olduğu evdə onun yeganə müdafiəçisi olan qaynatası evliliyin altıncı ayında vəfat edib: "Bundan sonra ərim mənə xəyanət etməyə başladı. Bunu gizli deyil, açıq-aşkar edirdi. Qadınlar evə qədər ayaq açmışdılar. Ərim məni döyərək: "Əgər kiməsə nə isə desən, qardaşını öldürəcəm", - deyirdi. O zaman ondan qorxurdum, elə bilirdim, ondan güclüsü yoxdur. Çəkdiyim əzab-əziyyətlərdən valideynlərim xəbərsiz idilər. Çünki demirdim. Bilirdim ki, desəm, atam mənə olan dözülməz münasibəti qəbul etməyəcək və mütləq məni evimizə aparacaq. 

Mən hamilə idim. Oğlum doğulandan sonra hər şeyin yaxşı olacağına ümid edirdim. Lakin yanılmışdım. Ərim zaman keçdikcə daha da azğınlaşırdı. 21 yaşımda artıq əsəblərim dözmədi və iflic oldum. Uzun müddət xəstəxanada müalicə alıb evə dönəcəyim gündə atam palataya daxil oldu. Həkim ona hər şeyi demişdi. O təəccüblə mənə dedi: "Sən bu olanlara nə üçün dözmüsən? Mən varam, sən özünü qurban verməməlisən". Atam ərimdən qorxduğumu bilmirdi. Atam israr etsə də, mən ərimin yanına qayıtdım. Boşanmaq istəmədim. İstəmirdim ki, kimsə məni göstərib "bu qadın boşanıb" desin. Bizim yaşadığımız cəmiyyətdə boşanmış qadınlara arzuolunmaz münasibətin olduğunu hamımız bilirik".

Deyirlər ki, ötən günlərə bir də qayıtmaq olmur. Amma xəstəxanadan əri evinə dönən 21 yaşlı K.Quliyeva isə əvvəlki günlərini yenidən yaşamalı olub.    

"Mən ana oldum, oğlum dünyaya gəldi. Ərim hansı rayona gedirdisə, məni də özü ilə aparırdı. Qorxumdan heç nə soruşa bilmirdim. Guya biz aylarla ezamiyyətdə oluruq və övladım yollarda qalmasın deyə uşağı valideynlərimə verdim. Bir müddətdən sonra işgəncələrin növü də dəyişdi. Əvvəllər şillə-təpiklə döyürdüsə, indi zabit botinkası və elektrik naqili ilə döyürdü məni.  Məni qınamayın, sanki döyüldükcə möhkəmlənirdim və ona nifrətim daha da artırdı. Bəzən gecələr o yatandan sonra onu öldürməyi düşünürdüm. Çünki ona gücüm yalnız o yatanda çata bilərdi",-deyə K.Quliyeva bildirir.

Zərərçəkən deyir ki, ayrılıq da ölüm kimi xəbərsiz gəldi: "Necə oldusa, atam qaldığımız yeri tapmışdı. O mənə sadəcə "sənədlərini götür, başqa heç nə" dedi. Zatən oğlum 8 aylığından atamgildə qalırdı. Oğlum bu yaşam tərzində böyüməsin deyə onu anama vermişdim. Atamgilə gələndən sonra evdə bir qadın və bir kişinin olduğunu gördüm. Bu həyat yoldaşımın yeni qaynanası və qaynı imiş. Müzakirələrdən məlum oldu ki, ərim özü elçilik edib və nişanlanıb. Elçi getdiyi ailəyə də mənim öldüyümü deyib. Nə isə... Çox düşündüm və qərarımı verdim. Yetər bu qədər alçaldığım, qürurumu ailəmə, övladıma görə əzdiyim". 

Boşandıqdan sonra K.Quliyevanın iş həyatı başlayıb. O, bir müddət ixtisasına uyğun olaraq məktəblərin birində pedaqoji fəaliyyətlə məşğul olur. 10 ilə yaxın isə sosial infrastruktur quruculuğu sahəsində çalışan K.Quliyeva deyir ki, həmin illərdə kişilərin qadınlara olan arzuolunmaz münasibətinin şahidi olub: "Kişilər "qadın nədir, işləmək nədir" deyirlər. İşlədiyimə görə hətta mənim özümü də təhqir edirdilər. Onların fikrincə, qadının işi yalnız ev təmizləmək və ərinə qulluq etməkdir. Cəhalətin qorxduğu tək şey təhsildir. Qadınların, eləcə də kişilərin təhsilli olması arzuolunandır ki, onlar hüquqları bilsinlər".  

Hazırda "Qadınlar Arasında Həmrəylik" İctimai Birliyinin gender məsələləri üzrə təlimlərində təlimçi olaraq çıxış edən K.Quliyeva deyir ki, gender əsaslı məişət zorakılığına qarşı mübarizəyə başlayıb. O məişət zorakılığının qurbanlarının əsasən erkən nikaha girən, təhsilsiz və hüququnu bilməyən qadınların olduğunu deyir.

"Erkən nikaha daha çox əyalətlərdə rast gəlinir. Valideynlər "çörək yeyənimin biri az olsun" məqsədi ilə qızlarını ərə verirlər. Onlar övladını oda atır və bəzən həmin qızlar özü ilə bir-iki nəfərlə, yəni övladları ilə ata evinə qayıdırlar",-deyə K.Quliyeva bildirir. 

19 ildir oğlu ilə atasının yanında yaşayan K.Quliyeva yaxın keçmişdə oğluna toy etdiyini, övladının ailəsinin xoşbəxt həyat yaşadığını və buna görə özünün də şad olduğunu deyir. 

"Təmiz Dünya" ictimai birliyinin rəhbəri Mehriban Zeynalova bildirir ki, məişət zorakılığının qurbanı olan şəxslərin sosial və hüquqi müdafiəsi üçün bir sıra tədbirlər həyata keçirilməlidir: "2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul edilib. Amma qanunun icrası üçün mexanizm yoxdur. Məsələn, məişət zorakılığının qurbanı olan şəxslərin qətlə yetirilməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülməlidir. 

Mühafizə orderi (məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında akt) kifayət qədər effektli deyil.  Mühafizə orderinin tətbiqi Azərbaycanda real deyil. Ona görə də məişət zorakılığının qurbanlarının qətlə yetirilməsi statistikası artmaqda davam edir. Biz hesab edirik ki, şəhər (rayon) icra hakimiyyətlərinin tabeliyində olan Qəyyumluq və Himayəçilik, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyalarını  sosial işçilər əvəz eləsin. Düşünürük ki, bu addım atılarsa, problemin həlli istiqamətində irəliləyişlər olar".

Ekspert bildirir ki, məişət zorakılığının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər baxımından ən yaxşı model "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında "Avropa Şurasının Konvensiyası"dır: "Azərbaycan hələ ki, İstanbul Konvensiyasına qoşulmayıb. Ola bilsin ki, bu model bizim cəmiyyət üçün uyğun model deyil. Belədirsə, o zaman yeni model işlənilməlidir. Azərbaycanın alimləri, QHT nümayəndələri, sosioloqlar, psixoloqlar bu modeli işləməlidir. Bu istiqamətdə müzakirələr isə getmir. Belə olan halda Milli Məclisin qəbul etdiyi qanun kifayət qədər işləyə bilmir".

Mehriban Zeynalova bildirir ki, ölkə qanunvericiliyinə əsasən məişət zorakılığının qurbanları ilə bağlı sığınacaqlar açılmalıdır: "Qanunda bu sığınacaqların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən açılması nəzərdə tutulub. Lakin hələ də bu tətbiq edilmir. 

Mövcud sığınacaqların maliyyələşməsi məsələsi də yoxdur. Bir neçə QHT-nin nəzdində məişət zorakılığının qurbanları üçün sığınacaqlar var. Onlardan biri Gəncədə "Təmas" regional inkişaf ictimai birliyinin, Azərbaycan Uşaqlar Birliyində, "Ümid yerində", 2003-cü ildən isə "Təmiz Dünya" ictimai birliyinin nəzdində sığınacaqlar  fəaliyyət göstərir. 

Məişət zorakılığı ilə bağlı layihə elan olunmayıb ki, bizim təşkilatın işçi personalının əmək haqqısının ödənilməsi və işin daha da təkminləşdirilməsi baxımından işlər görə bilək. Buna baxmayaraq kifayət qədər effektiv fəaliyyət göstəririk".

Milli.Az




RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İnternetdə tanış olduğu qadına görə... - FOTO

28 İyun 2017 18:53

Sevgilisi ilə birləşib ərini öldürdü - Facebookda status yazıbmış - FOTO

28 İyun 2017 18:52

Azərbaycan nümayəndə heyəti üzvünün hazırladığı sənəd Avropa Şurasında nəşr edilib

28 İyun 2017 18:37

Cəlilabadda yanğın olub

28 İyun 2017 18:36

SOCAR-ın qayığı qəzaya uğradı: Xəsarət alanlar var

28 İyun 2017 18:32

Dünyanı məhvə aparan dərman qadağan edilir

28 İyun 2017 18:32

ÜAK-ın apelyasiya şikayətinə baxılacağı tarix bilindi

28 İyun 2017 18:29

Keniyada terror aktı

28 İyun 2017 18:28

Şeyxin qudası pivə içən molladan DANIŞDI - "Məkkədə "həci pivəsi" görmüşəm"

28 İyun 2017 18:27

Milyarderlərin yaşadığı 15 şəhər -SİYAHI

28 İyun 2017 18:24

Messinin toyunu 200-ə yaxın mühafizəçi qoruyacaq

28 İyun 2017 18:22

Çimərlikdə suya girəndə ehtiyatlı olun - TƏHLÜKƏ

28 İyun 2017 18:18

Qadın və kişilərə PİS XƏBƏR

28 İyun 2017 18:14

Əmisinin arvadını evə kişi çağırdığı üçün öldürdü - "Namusumu təmizlədim" - VİDEO - FOTO

28 İyun 2017 18:12

Nazirlik: Meşələrin qanunsuz kəsilməsi ilə bağlı kadrlar təhrif olunmuş videogörüntüdür

28 İyun 2017 18:08

Cinsi əlaqədən sonra iflic oldu

28 İyun 2017 18:08

Ağ çimərlik geyimi ilə göz oxşadı - FOTO

28 İyun 2017 18:05

İsveçrədə muğam axşamı

28 İyun 2017 18:05

Qətərə qarşı yeni iqtisadi

28 İyun 2017 17:59

Aslanlar avtomobil yolunu belə bağladı - VİDEO

28 İyun 2017 17:53

Abşeronda piyadanı vurmaqda təqsirləndirilən şəxsin cəzası endirilib

28 İyun 2017 17:52

Ərəb şeyxi Rihannanı öpərkən yaxalandı

28 İyun 2017 17:52

Festivalın ikinci günü Şəki tamaşaçıları Yaponiya musiqi qrupunun konsertini izləyib (FOTO)

28 İyun 2017 17:50

Ukraynalı yarımmüdafiəçinin bir ayağı "Qalatasaray"da

28 İyun 2017 17:47

Əlikram Bayramov: “Həmin gün anam əlimdən tutub...”

28 İyun 2017 17:47

Sabirabad və Tovuz polisi xeyli narkotik bitki məhv edib

28 İyun 2017 17:44

Yayda dəbdə olacaq saç düzümü modelləri

28 İyun 2017 17:44

İrandan Amerikaya sərt XƏBƏRDARLIQ: “Odla oynayırsınız”

28 İyun 2017 17:43

Rəqqasə Oksananın yaraşıqlı məşhurla heç yerdə görmədiyiniz VİDEOSU

28 İyun 2017 17:42

Qənirə Paşayeva: Ermənistan Suriyadan qaçan ermənilərdən işğalçı siyasətini davam etdirmək üçün istifadə edir

28 İyun 2017 17:36

"Qalatasaray" iki transferi açıqladı

28 İyun 2017 17:33

"Səhərlər mənə düşmür, atamı, bacı və 2 övladımı itirdim" - Əlikram Bayramov - VİDEO - FOTO

28 İyun 2017 17:32

Tbilisidə Nəriman Nərimanovun ev muzeyinin açılışı olub

28 İyun 2017 17:29

Ştefan Şennak: "Avropa münaqişələrin həlli istiqamətində mühüm addımlar atmalıdır"

28 İyun 2017 17:27

Bankların 30%-i internet bankçılıq xidmətlərinə təsir edən təhlükəsizlik problemi yaşayıb

28 İyun 2017 17:27

Baş nazir: "Regionda böyük rol oynayan Azərbaycan Polşanın Şərq siyasətində mühüm yer tutur"

28 İyun 2017 17:27

Təyyarə qəzaya uğradı

28 İyun 2017 17:25

İlanların rəqsi - VİDEO

28 İyun 2017 17:23

Maradonaya fəxri ad təqdim olunacaq

28 İyun 2017 17:22

Prezident İlham Əliyev: "Beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında Azərbaycan fəal iştirak edir"

28 İyun 2017 17:17

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qaratəhlə kənd məktəbində idman kompleksi açılıb

28 İyun 2017 17:15

Deputatdan QƏRİBƏ TƏKLİF: xəyanət edən kişilər...

28 İyun 2017 17:13

Cazibədar aparıcıdan maraqlı açıqlama: "Onunla vətəndaş nikahımız var" - FOTO

28 İyun 2017 17:12

Baş nazir: Polşa Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətində səylərini dəstəkləyir və yüksək qiymətləndirir

28 İyun 2017 17:08

Luçeskoya istədiyi təzminatı vermədilər

28 İyun 2017 17:07

Murad Dadaşov: "Elşad Xose ilə aramda olan..."

28 İyun 2017 17:07

"Rəmiş və Arif Quliyev meyvələrimin dadına baxırdı, pul vermirdi" - ETİRAF - VİDEO - FOTO

28 İyun 2017 17:05

Qənirə Paşayavadan ermənilərə sərt cavab

28 İyun 2017 17:04

Tramp gözəl müxbiri görüncə... - FOTO/VİDEO

28 İyun 2017 17:03

XƏRÇƏNG: Uşaqlarınızı telefondan uzaq tutun

28 İyun 2017 16:59