Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tolik: "Onların adı şou-biznesdə hallanmasın"

Tolik: "Onların adı şou-biznesdə hallanmasın"

Date: 4 November 2016 12:42

"Elə sənətkarlar var ki..."

Primetime.az xəbər verir ki, Xəzər TV-nin efirində yayımlanan, Sevinc-Sevil bacılarının aparıcısı olduğu "Hər şey daxil" səhər proqramı maraqlı məqamlarla yadda qalıb. Verilişin bugünkü qonaqları sevilən müğənnillər Könül Kərimova, Elton Hüseynəliyev və prodüser Tarix Əliyev (Tolik) olub. Sevinc-Sevil bacıları "şou-biznesdə gənc müğənnilərə dəstək varmı?" sualını Tolikə ünvanlayıblar. Tolik isə əkizlərin sualını elə sualla cavablandırıb:

"Sizə dəstək olan var?"

Daha sonra prodüser sözlərinə belə davam edib: "Azərbaycanda şou-biznes deyəndə bu sahəyə aid olub-olmayan hər kəs özünü burada görür. Məsəl üçün, elə sənətkarlar var ki, istəmirəm, onların adları şou-biznesdə hallansın. Onlar Flora Kərimova, Alim Qasımov, Fidan-Xuraman Qasımovalar və Fidan Hacıyevadır. Bu sənətkarlara şou-biznes nümayəndəsi necə demək olar? Onlar sənət nümayiş etdirir.

Şou Ledi Qaqanın çıxışlarıdır. Səhnədə şou göstərərək pul qazanırsan. Bizdə hər yerindən duran özünə sənətkar deyir. Sözün düzü, yerli şou-biznesdə gənclərə dəstək görməmişəm. Sözünü demiş müğənnilər gənclərin yanına gəlib "mən staram, sizin təbəqədən ulduz çıxmayıb" deyirlər. Hər yerindən duran özünü sənətkar adlandırır. Ümumiyyətlə, bizim sənətdə birlik yoxdur".

Milli.Az


Tags:  Tolik Onların adı şou-biznesdə hallanmasın

RƏYLƏR


Top news